Belemdə Xəzərlə bağlı Birgə Bəyannamə qəbul olundu

Belemdə Xəzərlə bağlı Birgə Bəyannamə qəbul olundu
18.11.2025 22:30 Xarici siyasət

Xəzər dənizinin səviyyəsinin azalması məsələsi üzrə əməkdaşlığın gücləndirilməsi barədə Birgə Bəyannamə qəbul olunub.

TodayPress TV xəbər verir ki, sənəd Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Azərbaycan pavilyonunda Xəzər dənizinin səviyyəsinin azalması məsələsinə həsr olunmuş yüksəksəviyyəli tədbir çərçivəsində qəbul oluub.

Bəyannamədə ötən il COP29 çərçivəsində Bakıda qəbul olunmuş Bakı Bəyannaməsinə istinad edilərək Xəzəryanı ölkələrin bu məsələdə əvvəlki öhdəliklərini davam etdirdikləri vurğulanır.

Bildirilir ki, Bakı Bəyannaməsi elmi əməkdaşlıq, məlumat mübadiləsi və koordinasiyalı fəaliyyət üçün əsas yaratmış, COP30-da qəbul edilmiş yeni Birgə Bəyannamə isə bu istiqamətdə səylərin daha da gücləndirilməsinə xidmət edir.

Sənəddə elmi tədqiqatlar, monitorinq və məlumat mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədləri ifadə olunub. Bununla yanaşı, BMT sistemi ilə birgə fəaliyyət və layihələrin təşviqi, həmçinin Xəzər regionunun davamlı inkişafı və uzunmüddətli dayanıqlığının təmin olunması istiqamətində birgə addımların atılması üzrə ortaq niyyət də sənəddə öz əksini tapıb.

Tədbir Azərbaycan tərəfinin təşəbbüsü ilə COP29 Sədrliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyanın (Tehran Konvensiyası) Müvəqqəti Katibliyinin birgə təşkilatçılığı ilə keçirilib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 All News