Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edildi

Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edildi
22.05.2026 21:27 Xarici siyasət

2026-cı ilin may ayında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb. 176 ölkədən 57 000-dən çox iştirakçını bir araya gətirən forum Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platforması kimi artan rolunu bir daha nümayiş etdirib.

TodayPress TV xəbər verir  ki, Azərbaycan ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbirlə Bakını şəhərlərin gələcəyi, mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzə çevirib. Bu baxımdan, WUF13-ün Bakıda keçirilməsi yalnız region üçün deyil, bütövlükdə qlobal urbanizasiya gündəliyi üçün də əlamətdar hadisə hesab olunur.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum çərçivəsində dünyanın ən aktual problemlərindən biri olan mənzil böhranı əsas müzakirə mövzularından biri olub. BMT-nin qiymətləndirmələrinə görə, hazırda dünyada təxminən 2,8 milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitində yaşayır. Məhz bu səbəbdən WUF13 praktiki həllərin müzakirəsi və dayanıqlı şəhər inkişafı üzrə yeni yanaşmaların formalaşdırılması üçün mühüm platformaya çevrilib.

Forumun əsas nəticəsi isə “Bakı Fəaliyyətə Çağırışı” (Baku Call to Action) sənədinin qəbul edilməsi olub. Sözügedən sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir.

Sənəddə xüsusilə bəyanatlardan real fəaliyyət mərhələsinə keçidin vacibliyi vurğulanır. Bununla yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, iqlim maliyyələşməsinin genişləndirilməsi əsas prioritetlər kimi qeyd edilir. Eyni zamanda, mənzil siyasətinin infrastruktur, nəqliyyat, sosial müdafiə, ekologiya və iqtisadi inkişaf məsələləri ilə inteqrasiyasının əhəmiyyəti ön plana çəkilir.

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşü zamanı iştirakçılar bildiriblər ki, Kito şəhərində qəbul edilən proqramın üzərindən on il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət indi onun icrasında həlledici mərhələyə daxil olur. Görüşdə xüsusi olaraq vurğulanıb ki, mənzil yalnız tikinti məsələsi deyil, həm də sosial ədalətin, insan ləyaqətinin, dayanıqlılığın və iqtisadi imkanların əsasını təşkil edir.

Bununla yanaşı, Forum Azərbaycanın dayanıqlı inkişaf, şəhər mühitinin modernləşdirilməsi və post-münaqişə bərpası istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə tanınması baxımından da mühüm əhəmiyyət daşıyıb. Forum iştirakçıları azad edilmiş ərazilərdə aparılan bərpa işlərini, müasir şəhər həllərini və dayanıqlı ərazi inkişafı yanaşmalarını yüksək qiymətləndiriblər.

WUF13 çərçivəsində diqqət çəkən təşəbbüslərdən biri də Azərbaycanın UN-Habitat, Beynəlxalq Miqrasiya Təşkilatı və Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə birlikdə hazırladığı “Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məskənləri” (4SRP) təşəbbüsü olub. Bu təşəbbüs təhlükəsiz və dayanıqlı qayıdışın təmin olunması, həmçinin ekoloji dayanıqlılıq, iqlim adaptasiyası və sülh quruculuğu prinsiplərinə əsaslanan post-münaqişə bərpası üzrə beynəlxalq standartların formalaşdırılmasına yönəlib.

Beləliklə, WUF13 Bakının dövlətləri, şəhərləri və beynəlxalq təşkilatları inklüziv, təhlükəsiz və yaşanıla bilən şəhərlərin qurulması məqsədi ətrafında bir araya gətirən mühüm qlobal dialoq platforması olduğunu bir daha təsdiqləyib.

Forumun yekun nəticələrinin və “Bakı Fəaliyyətə Çağırışı” sənədinin 2026-cı ilin iyul ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə dair yüksəksəviyyəli aralıq qiymətləndirmə iclasına da mühüm töhfə verəcəyi gözlənilir.

Ümumilikdə isə, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf, iqlim dayanıqlılığı və beynəlxalq əməkdaşlıq sahələrində qlobal gündəliyin formalaşmasında artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dayanıqlı inkişaf, müasir şəhərsalma, post-münaqişə bərpası və qlobal əməkdaşlıq sahələrində həyata keçirdiyi uzaqgörən siyasət və strateji liderlik xüsusi vurğulanıb.

Eyni zamanda, Azərbaycan Respublikası Hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və yaradılmış səmərəli dialoq mühitinə görə təşəkkür ifadə olunub.

Həmçinin Nazirlər Görüşünün yekunlarına dair “Sədrin Xülasəsi” (Chair Summary) sənədində şəhərlərin dayanıqlılığı, əlçatan mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv urban inkişaf istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi qeyd olunub. Sənədə WUF13 çərçivəsində Bakıda aparılan müzakirələrin Yeni Şəhər Gündəliyinin icrasına və qlobal mənzil böhranının həlli istiqamətində praktiki fəaliyyətlərin təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər