Bakıda "Qoşulmama Hərəkatı Gənclər Həftəsi"nə start verildi

Bakıda "Qoşulmama Hərəkatı Gənclər Həftəsi"nə start verildi
05.02.2026 10:53 Xarici siyasət

Bakıda "Qoşulmama Hərəkatı Gənclər Həftəsi" başlayıb.

TodayPress TV xəbər verir ki, iki gün davam edəcək tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq, qlobal proseslərdə gənclərin rolu, eləcə də aktual iqlim gündəminə həsr olunmuş bir sıra panel müzakirələri planlaşdırılıb.

Tədbiri giriş sözü ilə COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova açıb.

O, çıxışında gənclərin beynəlxalq və siyasi proseslərə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.

"Bu gün burada toplaşmaq mənim üçün böyük şərəfdir, xüsusən də Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilmiş 2 fevral - Gənclər Gününü qeyd etdiyimiz bir həftədə. Diplomatik korpus nümayəndələrinin iştirakı gənclərə, onların səsinə və potensialına böyük əhəmiyyət verildiyini göstərir", - L.Həsənova qeyd edib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə gənclərin rolunun ölkənin gələcəyinə töhfə verdiyini vurğulayıb. "Bu, elə-belə deyilmiş sözlər deyil. Yaradılmış platforma gənclərə beynəlxalq və siyasi sahələrdə uğurlu karyera qurmaq üçün lazım olan bilikləri, ideyaları və təcrübəni bölüşməyə imkan verir", - o bildirib.

"Gənclər Həftəsi" tədbirlərində gənclərin təmsilçiləri ilə yanaşı, dövlət strukturlarının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş səfirlər, həmçinin beynəlxalq təşkilatların və ekspert ictimaiyyətinin nümayəndələri iştirak edir.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 All News