Azərbaycan–Macarıstan əməkdaşlıq komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə olundu

Azərbaycan–Macarıstan əməkdaşlıq komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə olundu
31.07.2025 22:35 Xarici siyasət

İyulun 31-də maliyyə naziri, Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın həmsədri Sahil Babayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı qəbul edib.

TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu xüsusda iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə verdiyi töhfə qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.

Görüş zamanı cari ilin sentyabr ayında Budapeştdə keçirilməsi planlaşdırılan iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclasına hazırlıq məsələləri də müzakirə olunub.

Nazir Sahil Babayev Komissiyanın növbəti iclasının Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi, diaspora və digər sahələrdə genişləndirilməsi baxımından məhsuldar olacağına əminliyini ifadə edib.

Səfiri Tamaş Yojef Torman Macarıstanın Azərbaycanla dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığını vurğulayıb, ölkələrimiz arasında əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər