Azərbaycanla Türkiyə arasında Birgə Daimi Komissiyanın iclası keçirildi

Azərbaycanla Türkiyə arasında Birgə Daimi Komissiyanın iclası keçirildi
02.09.2025 21:15 Xarici siyasət

Ankarada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 12-ci iclası keçirilib.

TodayPress TV xəbər verir ki, iclasdan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın görüşü olub. Görüşdə sosial sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətinə, növbəti iclasın gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Birgə Daimi Komissiyanın iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə qardaş ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyi və 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. Digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Ötən dövrdə bu sahələrdə imzalanmış əməkdaşlıq sənədlərinin, Birgə Daimi Komissiyanın fəaliyyətinin əlaqələrin genişlənməsində önəmi diqqətə çatdırılıb.

İclasda gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub. Həmçinin qeyri-formal məşğulluğun qarşısının alınması, əməyin mühafizəsi, peşə hazırlığı, pensiya təminatı, rəqəmsal xidmətlərin tətbiqi və s. sahələrdə qarşılıqlı təcrübə və məlumat mübadilələrinin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Eləcə də sosial müdafiə sahəsində əməkdaşlığa dair ötən dövrlərdə imzalanmış Sazişin hər iki ölkədə əmək və sosial müdafiə sahələrində son illər aparılan islahatlar, rəqəmsal xidmətlərin inkişafı fonunda müasir tələblərə uyğun şəkildə yenilənməsinin məqsədəuyğun olduğu bildirilib.

Anar Əliyev və Vedat İşıkhan keçirdikləri brifinqdə Komissiyanın iclasının yekunları barədə məlumat verib, ortaq maraq doğuran sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini diqqətə çatdırıblar.

Sonra nazirlər Birgə Daimi Komissiyanın 12-ci iclasının Protokolunu imzalayıblar. Sənədə əlavə olunan 2026-2027-ci illər üzrə Tədbirlər Planında iki Nazirlik arasında qeyd edilən dövrdə aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, əlilliyi olan şəxslərin və digər həssas qrupların məşğulluğunun artırılması, əmək miqrasiyası, əməyin mühafizəsinin təkmilləşdirilməsi və təlim infrastrukturunun inkişafı, qeyri-formal məşğulluğun qarşısının alınması, pensiya təminatı, sosial sığorta, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətləri, məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapıb.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə də tanış olub.

TodayPress TV

FOTOLAR

Azərbaycanla Türkiyə arasında Birgə Daimi Komissiyanın iclası keçirildi — 1
Azərbaycanla Türkiyə arasında Birgə Daimi Komissiyanın iclası keçirildi — 2
XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər