Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi

Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi
20.06.2026 22:03 Xarici siyasət

Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

20 iyun - Ümumdünya Qaçqınlar Günündə biz dünyada böyük çətinliklər, qeyri-müəyyənlik, evlərinin və dolanışıq vasitələrinin itirilməsi ilə üzləşməkdə davam edən milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik.

Azərbaycan üçün məcburi köçkünlük məsələsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ərazilərinə qarşı təcavüz və işğal nəticəsində bir milyondan çox azərbaycanlı onilliklər boyu didərginliyə və məhrumiyyətlərə dözərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu şəxslərin hüquqları kobud şəkildə pozulmuş, evləri, yaşayış məskənləri və mədəni irsi isə məhv edilmişdir.

Bu gün, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra, ölkə əvvəllər işğal altında olmuş ərazilərdə misli görünməmiş yenidənqurma və bərpa proqramı həyata keçirir. Böyük Qayıdış Proqramı vasitəsilə keçmiş məcburi köçkünlər təhlükəsizlik, ləyaqət və əmin-amanlıq şəraitində tədricən öz doğma torpaqlarına qayıdır, illərlə sürən didərginlikdən sonra öz həyatlarını və yaşayış məskənlərini yenidən qururlar.

Azərbaycan məcburi köçkünlüyün köklü səbəblərinin aradan qaldırılmasına, qaçqınlar və məcburi köçkünlər üçün davamlı həll yollarının təşviqinə, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasına yönəlmiş beynəlxalq səyləri dəstəkləməyə sadiq qalır.

Bu Ümumdünya Qaçqınlar Günündə biz bütün dünyada qaçqın və məcburi köçkünlərin mətanət və cəsarətini ehtiramla anır və zorla yerindən edilmiş bütün insanların bir gün öz evlərinə qayıdaraq sülh, ləyaqət və firavanlıq şəraitində yaşaya bilməsini təmin etmək əzmimizi bir daha təsdiq edirik.

TodayPress TV

NEWS FEED
05 AUGUST 2026
Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb 21:13 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 All News