Azərbaycan və Türkiyə arasında məhkəmə sahəsində əməkdaşlıq müzakirə olundu

Azərbaycan və Türkiyə arasında məhkəmə sahəsində əməkdaşlıq müzakirə olundu
07.07.2025 16:16 Xarici siyasət

Azərbaycanda səfərdə olan Türkiyənin Ali Məhkəməsinin (Yargıtay) sədr müavini Adem Albayrak və 2-ci Hüquq Dairəsinin üzvləri ilə Azərbaycanın Ali Məhkəməsində görüş keçirilib.

Bu barədə TodayPress TV-yə Ali Məhkəmədən məlumat verilib.

Görüşdə Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, məhkəmə sahəsində də əlaqələrin inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, məhkəmə sistemlərinin təcrübə mübadiləsi hüquqi islahatlara töhfə verir, məhkəmə fəaliyyətinin səmərəliliyini daha da artırır.

Həmçinin məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsi, müasir idarəçilik və ədalət mühakiməsinin şəffaf təşkili sahəsində qarşılıqlı təcrübənin öyrənilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Adem Albayrak isə bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər yalnız siyasi və mədəni sahədə deyil, hüquqi əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır. Vurğulanıb ki, son illərdə məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycanın əldə etdiyi uğurlar diqqətəlayiqdir və bu sahədə Türkiyənin də dəstəyi və təcrübəsi hər zaman açıqdır. Bu cür görüşlərin hüquqşünaslar arasında birbaşa əlaqələrin qurulmasına şərait yaratdığı xüsusi qeyd edilib.

Daha sonra “Mənəvi zərərin ödənilməsi barədə Türkiyə qanunvericiliyinin tətbiqi üzrə məhkəmə təcrübəsinin öyrənilməsi” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə hər iki ölkədən olan hüquqşünas və hakimlər arasında fikir mübadiləsi aparılıb, konkret məhkəmə presedentləri üzərində təhlillər verilib. Müzakirələr zamanı mənəvi zərərin qiymətləndirilməsi, kompensasiyanın miqdarı, hüquqi əsaslandırmalar və ictimai ədalət prinsipləri baxımından yanaşmalar müqayisə edilib.

Tədbirin sonunda tərəflər belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində konkret təşəbbüslərin hazırlanması barədə razılığa gəliblər.

FOTOLAR

Azərbaycan və Türkiyə arasında məhkəmə sahəsində əməkdaşlıq müzakirə olundu — 1
Azərbaycan və Türkiyə arasında məhkəmə sahəsində əməkdaşlıq müzakirə olundu — 2
Azərbaycan və Türkiyə arasında məhkəmə sahəsində əməkdaşlıq müzakirə olundu — 3
Azərbaycan və Türkiyə arasında məhkəmə sahəsində əməkdaşlıq müzakirə olundu — 4
Azərbaycan və Türkiyə arasında məhkəmə sahəsində əməkdaşlıq müzakirə olundu — 5
XƏBƏR LENTİ
16 IYUN 2026
Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 Bütün Xəbərlər