Azərbaycan və Seneqal parlamentlərarası əməkdaşlığı müzakirə etdilər

Azərbaycan və Seneqal parlamentlərarası əməkdaşlığı müzakirə etdilər
24.06.2026 21:20 Xarici siyasət

Milli Məclisin deputatları İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Seneqal Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər.

TodayPress TV xəbər veriri ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə deputat Ceyhun Məmmədov Azərbaycanın bir sıra beynəlxalq parlament təşkilatlarının fəal üzvü kimi əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. O, parlamentlərarası əlaqələrin inkişafının vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, parlamentarilərin birgə səyləri və qarşılıqlı təmasları ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.

Seneqal Milli Assambleyasının deputatı, nümayəndə heyətinin rəhbəri Elhaci Ababakar Tambedu Azərbaycanda müşahidə edilən sabitlik və təhlükəsizlik mühitini yüksək dəyərləndirib. İki ölkə arasında əlaqələrin yalnız parlament sahəsində deyil, digər istiqamətlərdə də genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Elhaci Ababakar Tambedu Bakıda keçirilən İƏTPİ Konfransının 20-ci Sessiyasının yüksək səviyyədə təşkil edildiyini, tədbirdə müzakirə olunan məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Söhbət zamanı deputatlar Tənzilə Rüstəmxanlı və Nigar Məmmədova Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələrin inkişafının, habelə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu qeyd ediblər.

Görüşdə Azərbaycanla Seneqal arasında mövcud dostluq münasibətləri, parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq parlament platformalarında müntəzəm təmasların əməkdaşlığın inkişafına töhfə verdiyi söylənilib.

Qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

TodayPress TV

NEWS FEED
18 AUGUST 2026
73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 All News