Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək

Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək
03.06.2026 18:15 Xarici siyasət

Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclası bu ilin payızında Ukraynada keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın baş nazir müavini, energetika naziri Denis Şmıqal Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.

"Gündəlikdəki məsələlər arasında bərə daşımalarının inkişafı, ərzaq məhsulları ticarətinin genişləndirilməsi, təhsil və elm sahəsində əməkdaşlıq, innovasiya və texnologiyaların birgə inkişafı yer alır", - deyə məlumatda bildirilib.

Şmıqal qeyd edib ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında energetika sahəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə olunub.

Tərəflər, həmçinin enerji daşıyıcılarının nəqli marşrutlarının, o cümlədən Ukrayna infrastrukturundan istifadə etməklə Avropa İttifaqı ölkələrinə doğru inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Baş nazirin müavininin sözlərinə görə, ötən il Azərbaycan qazının Ukraynaya sınaq məqsədli tədarükü regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Trans-Balkan marşrutunun potensialını təsdiqləyib.

"Həmçinin Rusiya hücumları nəticəsində zədələnmiş Ukrayna enerji infrastrukturunun bərpası və dayanıqlığının artırılması məsələlərini müzakirə etdik. Azərbaycan biznesi Ukrayna layihələrinə sərmayə qoymağa hazırdır. Biz ona hərtərəfli dəstək göstərməyə hazırıq", - deyə o qeyd edib.

Şmıqal həmçinin ölkənin enerji sektoruna verdiyi dəstəyə və göstərilən humanitar yardıma görə Azərbaycana minnətdarlığını bildirib:

"Təqdim edilən avadanlıq və humanitar yardım bizə ən çətin dövrləri arxada qoymağa kömək etdi".

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Avqusta hazır olun - güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 All News