Azərbaycan öz enerji sistemini Aİ ilə birləşdirəcək - Lyayen

Azərbaycan öz enerji sistemini Aİ ilə birləşdirəcək - Lyayen
01.07.2026 20:04 Xarici siyasət

Azərbaycan öz enerji sistemini Avropa İttifaqı (Aİ) ilə birləşdirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya qazının Avropa istiqamətində tədarükünün dayandırılmasından sonra Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayıb, "Cənub Qaz Dəhlizi" isə enerji resurslarının tədarükü sahəsində "uğur hekayəsi"nə çevrilib:

"Buna görə mən sizə minnətdarlığımı bildirirəm. İndi biz növbəti mərhələdəyik".

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Azərbaycan yeni enerji layihələri, o cümlədən bərpa olunan energetika sahəsində layihələr həyata keçirir.

Ursula fon der Lyayen vurğulayıb ki, Azərbaycan Xəzər regionunda əhəmiyyətli potensiala malikdir və təmiz elektrik enerjisinin tədarükü üçün mühüm enerji qovşağına çevrilə bilər:

"Biz sizin regional enerji şəbəkələrinin inteqrasiyası üzrə planlarınızı dəstəkləyirik. Azərbaycan öz enerji sistemini Avropa İttifaqı ilə birləşdirəcək. Bu həm də əlavə qaz həcmlərinin ixracı üçün imkanlar yaradacaq. Bu kontekstdə biz sizin təklifinizi də qəbul etdik. Mən Sizin Azərbaycan və Ermənistan arasında elektrik kabelinin çəkilməsi təşəbbüsünü irəli sürməyinizi alqışlayıram, bu, gələcək üçün çox mühüm addımdır".

TodayPress TV

NEWS FEED
01 JULY 2026
ABŞ-dən Türkiyəyə tərif: "Nümunə götürməlidirlər" 21:58 BMT-nin pulu sentyabr ayında qurtara bilər 22:19 ABŞ-dən İrana sərt xəbərdarlıq: Nüvə proqramını bərpa etsəniz... 22:22 Lyayen Azərbaycana səfəri ilə bağlı paylaşım etdi 22:31 Rusiya Xameneinin dəfninə onu göndərir 21:35 "İran ona tabedir" - Pezeşkian 22:08 DÇ-2026: İngiltərə Konqonu məğlub etdi 22:10 Zelenski Koşta və Martinlə Aİ-yə üzvlüyü müzakirə etdi 21:26 Ukrayna gizli əməliyyatla bu ərazini geri qaytardı 22:03 Millimiz ev oyununu Gəncədə keçirəcək 21:21 ABŞ senatoru İranın turnirdən kənar qalmasını alqışladı: “Sevincimdən mahnı oxudum” 21:41 "Qarabağ" daha bir yoxlama oyununda uduzdu 21:37 “Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı 21:19 Millimiz Tacikistana qalib gəldi 21:23 Azərbaycanda pul bazası artdı 21:12 Suriyada 3 türkmana vəzifə verildi 21:02 Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlandı 20:46 Hikmət Hacıyev Azərbaycan və Aİ tərəfdaşlığı barədə: Üfüqdən o yana baxış 20:35 İyunda ən çox yağıntı bu zonaya düşüb 20:31 İlham Əliyevlə Lyayen arasında səmimi söhbətin GÖRÜNTÜLƏRİ 20:15 Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ 20:09 Lyayen: Aİ Bakıda regional bağlantı üzrə konfrans keçirməyi təklif edəcək 20:04 Azərbaycan öz enerji sistemini Aİ ilə birləşdirəcək - Lyayen 20:04 Lyayen İlham Əliyevə buna görə TƏŞƏKKÜR ETDİ 19:59 Aİ Cənubi Qafqaza 200 milyon avroya qədər qrant ayıracaq 19:52 All News