Ada dövlətləri "batır", köhnə pullar isə kömək etmir…

Ada dövlətləri "batır", köhnə pullar isə kömək etmir…
21.05.2026 14:18 Xarici siyasət

“Kiçik ada dövlətlərində maliyyə və infrastruktur sistemləri yeni yanaşma tələb edir”.

TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada Dövlətlərində (SIDS) inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm” adlı xüsusi sessiyada Asiya İnkişaf Bankının Su və Şəhərsalma Sektoru İdarəsinin direktoru Jinmin Huanq deyib.

O bildirib ki, Asiya İnkişaf Bankı Sakit okean və digər regionlarda yerləşən kiçik ada dövlətlərinin inkişafını davamlı şəkildə dəstəkləyir və bu ölkələr təşkilatın 15 üzv ölkəsini əhatə edir.

Jinmin Huang qeyd edib ki, ada ölkələrində ənənəvi maliyyələşmə modelləri effektiv deyil, çünki bu ölkələrdə bazarlar kiçik, tikinti xərcləri yüksək və fiskal imkanlar məhduddur.

Onun sözlərinə görə, tez-tez təkrarlanan fəlakətlər və yüksək əməliyyat-təmir xərcləri mövcud infrastrukturu daha da həssas edir.

Direktor bildirib ki, xüsusilə mənzil sektorunda yalnız tikinti deyil, həm də torpaq hazırlanması, sahil zonaları və bütün ekosistem yanaşması nəzərə alınmalıdır.

Jinmin Huang vurğulayıb ki, ada ölkələrinin əksəriyyətində əhali sahilyanı ərazilərdə yaşayır və bu, dəniz səviyyəsinin qalxması, sahil eroziyası və daşqın risklərini artırır.

O əlavə edib ki, torpaq mülkiyyəti və mədəni faktorlar da şəhərsalma və mənzil planlaşdırılmasını daha mürəkkəb hala gətirir.

Direktor qeyd edib ki, bu səbəbdən qarışıq maliyyə modeli – güzəştli kreditlər, qrantlar və texniki yardım – birlikdə tətbiq olunmalıdır.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 All News