ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Azərbaycan dövlət başçısını təbrik etdi

ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Azərbaycan dövlət başçısını təbrik etdi
27.05.2025 17:16 Xarici siyasət

ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir: 

"Zati-aliləri.  28 May - Müstəqillik Günü münasibətilə Sizə və sevimli Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram. 

Azərbaycanı regional liderə və mühüm qlobal rolunun getdikcə artdığı bir dövlətə çevirən uzaqgörən liderliyinizi, müdrikliyinizi və güclü prinsiplərinizi alqışlayıram.

Azərbaycanın sülh şəraitində birgəyaşayış modeli dünyada uğur qazanıb. Ölkənizin əsrlər boyu dinlərarası və mədəni harmoniya baxımından əldə etdiyi nailiyyətlər müasir dünyamız üçün ruhlandırıcıdır. 

Bu əlamətdar günü qeyd edərkən əmin olun ki, mən bir dost kimi müsəlman-yəhudi münasibətlərinin möhkəmləndirilməsi üçün uzun illər davam edən tərəfdaşlığımıza çox böyük önəm verirəm. 

Ölkənizə etdiyim çoxsaylı səfərlər məndə Azərbaycan xalqının qonaqpərvərliyi və səxavəti ilə bağlı olduqca xoş xatirələr yaradıb. 

Bu bayram münasibətilə Sizə və bütün dünya azərbaycanlılarına xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram. 

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm".

XƏBƏR LENTİ
31 IYUL 2026
Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 Bütün Xəbərlər