Tokayev Nazarbayevin “qalıqlarını” yox etməyə davam edir - YENİ QƏRAR

Tokayev Nazarbayevin “qalıqlarını” yox etməyə davam edir - YENİ QƏRAR
19.08.2026 20:14

Qazaxıstanın xarici siyasət konsepsiyasından Nursultan Nazarbayevin siyasi kursuna dair müddəa çıxarılıb.

TodayPress TV xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı müvafiq fərman imzalayıb.

Sənəddən həmçinin Nazarbayevə xarici siyasətin əsas məsələləri ilə bağlı təşəbbüslərlə hakimiyyət orqanlarına ömürlük müraciət etmək hüququ verən müddəa da çıxarılıb.

Kübra Musayeva