Livanda xəstəxanaya zərbə: 2 ölü, 1 yaralı

Livanda xəstəxanaya zərbə: 2 ölü, 1 yaralı
21.05.2026 23:09

Təl-Əviv qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, gündəlik hücumlarını davam etdirir.

TodayPress TV xəbər verir ki, bu hücumlar nəticəsində Livanın cənubundakı Tibnin qəsəbəsində yerləşən xəstəxana ciddi ziyan görüb.

Qırıcı təyyarənin Tibnin xəstəxanasının yaxınlığına endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub, bir nəfər isə yaralanıb.

Aysel Mətləb

TodayPress TV