Ermənistan və Türkiyə aviareyslərin sayını artırmaq barədə razılığa gəldi

Ermənistan və Türkiyə aviareyslərin sayını artırmaq barədə razılığa gəldi
05.11.2025 11:28

Ermənistan və Türkiyə İrəvan və Gümrü istiqamətində aviareyslərin sayını artırmaq barədə razılığa gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən “Orbeli Forumu: sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” adlı beynəlxalq tədbirdə çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, yaxın zamanda İstanbul və Ankara istiqamətlərindən İrəvan və Gümrüyə uçuşların sayı artırılacaq.

Mirzoyan çıxışında Ermənistan-Türkiyə münasibətlərini Ermənistan-Azərbaycan əlaqələrinin əksi kimi qiymətləndirib. O qeyd edib ki, illərdir iki ölkə arasında sərhədin bağlı olmasına baxmayaraq, vətəndaşlar üçüncü ölkələr vasitəsilə ticarət və əməkdaşlıq əlaqələrini davam etdiriblər.

Nazir bildirib ki, Azərbaycanla əlaqələr daha çox hökumətlər səviyyəsində qurulub, lakin xalqlar arasında münasibətlərin formalaşması üçün vaxt tələb olunur.

“Biz qəbul etməliyik ki, barışıq prosesi zaman istəyir. Hazırkı mərhələdə tam barışığın olmaması təbiidir, çünki hər iki cəmiyyət dərin psixoloji travma yaşayıb”, - deyə Mirzoyan vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
“Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO issues urgent alert: Tanker seized off Yemen coast 15:40 Where are the billions allocated to Ukraine? Former Mossad officer given special task 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 Galatasaray make move for Batrakov – €25 million transfer 14:34 Tajikistan turns to Iran amid fuel shortages in Russia 14:21 Iran warns US: “This time, we will use more powerful weapons” 13:53 North Korea fires 10 ballistic missiles into the Sea of Japan 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 All News