ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirdi

ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirdi
29.07.2026 16:41

ABŞ İranın Qərbi Azərbaycan əyalətində yerləşən yaşayış olmayan əraziyə zərbə endirib.

TodayPress TV xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Böhranların İdarəolunması Mərkəzi bildirib ki, mərmi yaşayış və tikili olmayan sahəyə düşüb.

Bildirilib ki, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.

Qeyd olunub ki, hadisə yerinə operativ qruplar cəlb edilib və hazırda baş verən hadisənin təfərrüatları araşdırılır.

TodayPress TV