UEFA Avropa Liqasının qalibi bəlli oldu

UEFA Avropa Liqasının qalibi bəlli oldu
21.05.2026 00:58 UEFA

UEFA Avropa Liqasında final matçı keçirilib.

TodayPress TV xəbər verir ki, həlledici görüşdə Almaniyanın "Frayburq" komandası İngiltərənin "Aston Villa" kollektivi ilə qarşılaşıb.

Matç İstanbuldakı "Beşiktaş Park" stadionunda baş tutub.

Fransalı hakim Fransua Leteksyenin idarə etdiyi gərgin oyunda "Aston Villa" "Frayburq" üzərində böyük hesablı qələbə qazanıb - 3-0.

Qolları Yuri Tilemans (41-ci dəqiqə), Emiliano Buendiya (45+3) və Morqan Rocers (58) vurub.

"Aston Villa" ilk dəfə Avropa Liqasının qalibi olub. 1982-ci ildə komanda Avropa Kubokunu və UEFA Super Kubokunu qazanıb. Birminhem klubu yeddiqat İngiltərə çempionu, yeddiqat İngiltərə Kubokunun və beşqat Liqa Kubokunun qalibidir.

"Aston Villa" gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Birminhem komandası 30 mayda Budapeştdə UEFA Super Kuboku uğrunda "Arsenal" və "PSJ" arasında keçiriləcək Çempionlar Liqası finalının qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" klubu olub.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 All News