Stiven Cerrard: “Liverpul” bəhanə yox, həll tapmalıdır

Stiven Cerrard: “Liverpul” bəhanə yox, həll tapmalıdır
22.01.2026 09:40 UEFA

“Liverpul” klubunun sabiq kapitanı və yarımmüdafiəçisi Stiven Cerrard UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Marsel” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra baş məşqçi Arne Slotun səsləndirdiyi fikirləri tənqid edib.

TodayPress TV xəbər verir ki, Cerrardın sözlərini Daily Mail nəşri yayımlayıb.

İngiltərəli mütəxəssis komandanın cari mövsüm sabit oyun göstərə bilməməsinin səbəblərini izah edərkən rəqiblərin “aşağı blok”la müdafiə olunmasına tez-tez toxunmuşdu.

Cerrard bu yanaşma ilə razılaşmadığını bildirib:

“O, daim aşağı blokdan danışmağı dayandırmalıdır. Mən oynadığım dövrlərdə də “Liverpul”a qarşı aşağı blokla oynayırdılar, hətta ondan çox-çox əvvəl də bu belə idi. Bu, həmişə olub. Komandalar “Liverpul”u dayandırmaq üçün əllərindən gələni edəcəklər. Əsas məsələ həll yolları tapmaqdır. Sənin kifayət qədər keyfiyyətli futbolçuların var. Bu halda aşağı blokla oynayan komandalara qarşı matçlar heç-heçə yox, qələbə ilə başa çatacaq. Bu, dəyişməyəcək. Həftəsonu “Bornmut”la oyunda yenə aşağı blokla üzləşəcəklər. Amansız olmaq lazımdır və komandanın liderləri ön plana çıxmalı, qollar vuraraq belə oyunlarda qələbəni təmin etməlidirlər”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yanvarın 28-də keçiriləcək VIII turunda “Liverpul” “Enfild”də “Qarabağ” klubu ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 All News