Qurbanovdan mesaj: İngiltərədə fərqli “Qarabağ”!

Qurbanovdan mesaj: İngiltərədə fərqli “Qarabağ”!
23.02.2026 15:05 UEFA

“Nyukasl Yunayted”lə cavab oyununa yaxşı hazırlaşdıqlarını bildirən Qurban Qurbanov matçı analiz etmək üçün kifayət qədər vaxtlarının olduğunu deyib.

TodayPress TV xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl Yunayted”ə qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb:

“Birinci oyunda psixoloji zərbə aldıq. İlk dəqiqlərdə buraxılan qollar komandaya pis təsir etdi. “Nyukasl Yunayted” qarşılaşmaya yüksək səviyyədə hazırlaşmışdı. Səfərdə daha diqqətli oynamalıyıq”.

Baş məşqçi açıq məşq və mətbuat konfransının Bakıda təşkil olunmasına da münasibət bildirib. O, məşq proqramının pozulmaması üçün bu addımın atıldığını və rəqiblərin də oxşar praktikadan istifadə etdiyini qeyd edib.

Komandanın futbolçusu Joni Montiel isə ilk oyundakı ağır nəticəni unutmalı olduqlarını vurğulayıb:


“Birinci hissədə çox uğursuz olduq. İkinci yarıda isə daha yaxşı mübarizə apardıq. Kaş ki, ilk hissədə də yaxşı çıxış edərdik. Amma bura Çempionlar Liqasıdır və rəqiblər çox güclüdür. Bu nəticəni unudub, İngiltərədəki görüşə hazırlaşmalıyıq”.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə St James' Park stadionunda keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bir həftə əvvəl Bakıda keçirilən ilk qarşılaşmada İngiltərə təmsilçisi 6:1 hesablı qələbə qazanıb.

Namiq HUN

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 All News