Avropa etiraf etdi: “Qarabağ” Çempionlar Liqasında tarix yazır

Avropa etiraf etdi: “Qarabağ” Çempionlar Liqasında tarix yazır
04.02.2026 09:34 UEFA

UEFA Çempionlar Liqasının Liqa mərhələsi ilə bağlı yayımlanan rəsmi statistik icmalda “Qarabağ” klubuna xüsusi yer ayrılması Azərbaycan futbolu baxımından mühüm hadisədir. Bu, təkcə bir neçə qələbənin qeyd olunması deyil, həm də klubun Avropa miqyasında formalaşmış imicinin göstəricisidir.

UEFA-nın rəsmi saytı uefa.com-da dərc edilən maraqlı faktlar və rəqəmlər sırasında “Qarabağ”ın adı xüsusi vurğulanır. Qeyd olunur ki, Ağdam təmsilçisi Azərbaycan futbolu tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsində qalib gələn ilk klub olub. Bu tarixi uğur ilk oyun günündə Portuqaliyanın nəhəng klubu “Benfika” üzərində 3:2 hesablı qələbə ilə reallaşıb.


Bu nəticə təkcə sensasiya deyil, həm də “Qarabağ”ın Avropada favoritlərlə rəqabət aparmaq gücündə olduğunu sübut etdi. Üstəlik, həmin oyun klubun hücum potensialını və psixoloji davamlılığını ön plana çıxardı.

UEFA-nın diqqət çəkdiyi digər vacib məqam isə “Qarabağ”ın Avropa turnirlərində alman klublarını məğlub edən ilk Azərbaycan komandası olmasıdır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu nailiyyətə 15-ci cəhddə nail olub. Bu fakt klubun uzun illər ərzində Avropada topladığı təcrübənin və səbrli strategiyasının nəticəsi kimi qiymətləndirilir.


Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının yeddinci oyun günündə “Ayntraxt Frankfurt”u 3:2 hesabı ilə məğlub edərək tarixini daha da zənginləşdirib. Hər iki qələbənin eyni hesabla qazanılması isə təsadüfdən çox, komandanın oyun üslubunun və riskə açıq futbol fəlsəfəsinin göstəricisidir.

“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışı Azərbaycan futbolu üçün sadəcə uğurlu nəticələr toplusu yox, keyfiyyətcə yeni mərhələyə keçidin göstəricisidir. Ağdam klubu bu mərhələdə artıq “təcrübə toplamaq” üçün çıxış edən komanda təsiri bağışlamadı; əksinə, oyunun taleyinə real təsir göstərən, rəqiblərini taktiki və psixoloji cəhətdən çətin vəziyyətə salan kollektiv kimi yadda qaldı.

Cari mövsüm “Qarabağ” üçün yalnız xal və qələbələrlə deyil, statusla ölçülür. UEFA-nın diqqəti, statistik vurğular və güclü liqa təmsilçiləri ilə bərabər oyun klubun Avropa futbolundakı yerinin möhkəmləndiyini göstərir.

Turnirin pley-off mərhələsində “Nyukasl Yunayted”lə duel bu yolun ən çətin döngələrindən biridir. Amma artıq bir həqiqət dəyişməzdir:

“Qarabağ” Çempionlar Liqasında təsadüfi qonaq deyil.

Namiq HUN

NEWS FEED
30 JULY 2026
Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 All News