Dünya idmançıları yenidən Kapadokyada toplanır

Dünya idmançıları yenidən Kapadokyada toplanır
15.10.2025 11:34 Turizm

Türkiyənin dünyaca məşhur Kapadokya bölgəsi bu payızda bir daha qlobal idman gündəminə çevriləcək.

TodayPress TV xəbər verir ki, “Pəri bacaları” və vulkanik təpələri ilə tanınan bu unikal coğrafiya, 17–19 oktyabr 2025 tarixlərində keçiriləcək 12-ci Salomon Cappadocia Ultra-Trail yarışına ev sahibliyi edəcək.

Artıq 12 ildir təşkil olunan bu beynəlxalq tədbir, dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə idmançını UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Kapadokyanın füsunkar mənzərəsində bir araya gətirəcək.

Gənclər və İdman Nazirliyinin, Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA), Türkiyə Atletizm Federasiyasının və yerli idarələrin dəstəyi ilə keçirilən yarış, həm Türkiyədə idman turizminin inkişafına töhfə verir, həm də Kapadokyanın möhtəşəm təbiətini dünya səhnəsində tanıdır.

Beynəlxalq idman festivalı ruhunda hər il təşkil olunan Salomon Cappadocia Ultra-Trail bu il də dünyanın müxtəlif ölkələrindən iştirakçıları Kapadokyanın möhtəşəm təbiətində bir araya gətirəcək.

12-ci Salomon Cappadocia Ultra-Trail müxtəlif bacarıq səviyyəsində qaçışçılar üçün nəzərdə tutulmuş dörd fərqli marşrutu ilə diqqət çəkir. Ürgüp mərkəzindən başlayan və bölgənin simvoluna çevrilmiş vadilərdən keçən bu marşrutlar, Kapadokyanın heyranedici mənzərələri fonunda iştirakçılara unudulmaz bir təcrübə vəd edir.

Bu ilin Salomon Cappadocia Ultra-Trail yarışında iştirakçılar üçün müxtəlif səviyyələrə uyğun dörd fərqli marşrut təqdim olunur. Hər biri Kapadokyanın unikal mənzərələri və müxtəlif çətinlik dərəcələri ilə seçilir:

Salomon Cappadocia MINI Trail (CMIT) – Trail running dünyasına ilk addımını atanlar üçün nəzərdə tutulmuş qısa, amma təsirli marşrutdur. Təxminən 14 km məsafəni əhatə edir, 308 m yüksəklik fərqi ilə seçilir. Yarış 17 oktyabr saat 15:00-da start götürəcək.

Salomon Cappadocia Short Trail (CST) – İştirakçılara Kapadokyanın vadilərindən keçən mənzərəli bir yol təqdim edir. Təxminən 38 km məsafədə, 1.120 m-dən çox yüksəklik fərqi ilə həyata keçirilir. Yarış 18 oktyabr saat 10:00-da başlayacaq.

Salomon Cappadocia Medium Trail (CMT) – Təxminən 63 km məsafəni və 2030+ m yüksəklik fərqini əhatə edir. Yarış Türkiyə vaxtı ilə  18 oktyabr saat 07:00-da start alacaq. Bu orta məsafəli marşrut həm mənzərə, həm də dözümlülük baxımından iştirakçılara unudulmaz təcrübə bəxş edir.

Salomon Cappadocia Ultra-Trail (CUT) – Yarışın ən nüfuzlu və ən çətin mərhələsi hesab olunur. Bütün bölgəni əhatə edən bu 119 km-lik epik marşrutda 3730+ m yüksəklik fərqi mövcuddur. Dözümlülüyün son həddini sınağa çəkən bu əfsanəvi yarış 18 oktyabr saat 07:00-da start götürəcək.

Bu il yarışlara əlavə dinamizm qatmaq məqsədilə Cappadocia Team Games də təqdim olunacaq. Bu yenilik sayəsində iştirakçılar fərdi deyil, komanda formatında da mübarizə aparacaqlar.

Komanda yarışları aşağıdakı kateqoriyalarda keçiriləcək:

CUT 119K – 2 nəfərlik komandalar,

Medium Trail 63K – ən azı 2 qadın olmaqla 6 nəfərlik komandalar,

Short Trail 38K – ən azı 1 qadın olmaqla 3 nəfərlik komandalar.

Qaliblər 19 oktyabrda keçiriləcək rəsmi mükafatlandırma mərasimində təltif olunacaqlar.

Sadəcə bir idman tədbiri olmaqdan daha artıq məna daşıyan Salomon Cappadocia Ultra-Trail, Kapadokyanın zənginliyini dünyaya tanıtmaqda mühüm rol oynayır. Hər il 75-dən çox ölkədən idmançıları bir araya gətirən bu yarış, minlərlə qaçışçı ilə yanaşı, çoxsaylı tamaşaçı və ziyarətçini də bölgəyə cəlb edir. İdmanın birləşdirici gücündən yararlanan tədbir, həm Türkiyənin, həm də Kapadokyanın beynəlxalq tanınırlığını artırır və ölkənin turizm, mədəniyyət dəyərlərini dünyaya nümayiş etdirir.

Füsunkar Kapadokya bölgəsi, pəri bacaları, qədim tarix və zəngin mədəni irsi ilə ziyarətçilərə unudulmaz təcrübələr bəxş edir. Simvolik pəri bacalarının üzərindən qalxan hava şarları, autentik qaya otellərində qalmaq imkanı, yeraltı şəhərlərin sirləri, eləcə də keramika emalatxanaları və at safari turları kimi unikal fəaliyyətlər bölgəni fərqləndirir.

Bundan əlavə, yerli mətbəx və seçilmiş şərabları ilə hər bir yeməyi ziyafətə çevirən Kapadokya, son zamanlar MICHELIN bələdçisinin Türkiyə xəritəsinə də daxil edilib. Təsadüfi deyil ki, bölgə ötən il muzey və arxeoloji abidələrinə 4,37 milyon ziyarətçi qəbul etməklə böyük maraq qazanıb.

TodayPress TV

FOTOLAR

Dünya idmançıları yenidən Kapadokyada toplanır — 1
Dünya idmançıları yenidən Kapadokyada toplanır — 2
Dünya idmançıları yenidən Kapadokyada toplanır — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bütün Xəbərlər