Beynəlxalq səyyahlar Laçında

Beynəlxalq səyyahlar Laçında
27.03.2026 09:44 Turizm

"NomadMania" klubunun təsisçisi və rəhbəri Harry Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Laçın şəhəri olub.

TodayPress TV xəbər verir ki, səyyahlar Laçında “Yurd Qalareyası” və “Gilabi Ceramics” mərkəzi ilə tanış olacaq, həmçinin yerli sakinlərin əl işlərinə baxış keçirəcəklər. Səfər çərçivəsində şəhər turu, yaradılan şərait və aparılan bərpa-quruculuq işləri ilə də tanışlıq nəzərdə tutulur.

Qeyd edək ki, 2 günlük səfərdə 37 ölkədən 79 nəfər iştirak edir. Bu, Qarabağ və Şərqi Zəngəzura təşkil olunan səfərlər arasında say baxımından ən böyük heyətdir.

Xatırladaq ki, “NomadMania” Yer kürəsini 1301 bölgəyə bölərək reytinq aparır və Harry Mitsidis bu bölgələrin hamısını ziyarət edən səyyah kimi dünya üzrə birinci yerdədir. Klub illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Ümumilikdə, 2020–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura dünya səyyahlarının 15 səfəri təşkil olunub, hazırkı səfər sayca 16-cıdır.

TodayPress TV




PHOTOS

Beynəlxalq səyyahlar Laçında — 1
Beynəlxalq səyyahlar Laçında — 2
Beynəlxalq səyyahlar Laçında — 3
Beynəlxalq səyyahlar Laçında — 4
Beynəlxalq səyyahlar Laçında — 5
NEWS FEED
15 JUNE 2026
Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 All News