Bakıda beynəlxalq ekspertlər konfransı keçirilir

Bakıda beynəlxalq ekspertlər konfransı keçirilir
23.06.2025 15:34 Turizm

İyunun 23-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və ICOMOS Beynəlxalq Təşkilatının (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) birgə tərəfdaşlığı ilə Bakı şəhərində "Köçərilik Dünya İrsi Təşəbbüsü: Beynəlxalq Ekspertlər Konfransı" öz işinə başlayıb. 

TodayPress TV xəbər verir ki, tədbirdə Dünya İrs Mərkəzi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), ICOMOS və Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) kimi beynəlxalq təşkilatların ABŞ, Çin, Böyük Britaniya, İspaniya, Kanada, İtaliya, Almaniya, Avstriya, Türkiyə, Fransa, Monteneqro, Keniya, Qana, Benin, Cənubi Afrika, Özbəkistan, Gürcüstandan olan mütəxəssisləri, elmi-tədqiqat institutları və universitetlərin alimləri, həmçinin yerli ekspertlər iştirak edirlər.

25 iyuna kimi davam edəcək konfransın əsas məqsədi dünyanın müxtəlif bölgələrində mövcud olan köçəri mədəni landşaftların araşdırılması, bu irsin qorunması, iqlim dəyişiklikləri və sosial-iqtisadi transformasiyalar kontekstində onların dayanıqlı turizm potensialının inkişaf etdirilməsi məsələlərinin müzakirə olunmasıdır. 18 ölkədən 30-a yaxın nümayəndənin iştirak etdiyi tədbirdə beynəlxalq və yerli ekspertlərin təqdimatları, panel müzakirələri və tematik işçi sessiyaları təşkil olunacaq. 

Konfransda, həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “Xınalıq kəndi və Köç yolu” mədəni landşaftı nümunəsi əsasında bu irs növünün yaşadılması, onun turizm imkanlarının reallaşdırılması, dünyada oxşar mədəni landşaftların mühafizəsi və Ümumdünya İrs Siyahısına daxil edilməsi üzrə praktiki mexanizmləri müzakirə olunacaq. 

Qeyd edək ki, Azərbaycanın “Xınalıq və Köç Yolu” mədəni landşaftı 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildikdən sonra dünyada mövcud olan oxşar mədəni irs əraziləri üçün qlobal tanıtım və qorunma mexanizmlərinin tətbiq edilməsi, həmin ərazilərin turizm potensialının öyrənilməsi baxımından "Köçərilik Dünya İrsi Təşəbbüsü: Beynəlxalq Ekspertlər Konfransı" xüsusi əhəmiyyətə malikdir.

FOTOLAR

Bakıda beynəlxalq ekspertlər konfransı keçirilir — 1
Bakıda beynəlxalq ekspertlər konfransı keçirilir — 2
Bakıda beynəlxalq ekspertlər konfransı keçirilir — 3
Bakıda beynəlxalq ekspertlər konfransı keçirilir — 4
XƏBƏR LENTİ
15 IYUN 2026
Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 Bütün Xəbərlər