Zərurətdən doğan ehtiyac: Çin Rusiya ilə bağlı nə planlayır?

Zərurətdən doğan ehtiyac: Çin Rusiya ilə bağlı nə planlayır?
26.11.2025 14:58 Təhlil

Pekin Hərbi Tədqiqatlar institutunun direktoru Cjou Esan Rusiya-Çin münasibətləri ilə bağlı çıxış edib.

O bildirib ki, iki dövlətin bir-birinə ehtiyacı var: 

“Biz rusları inandırmalıyıq ki, bizim bir-birimizə ehtiyacımız var. Rusiyanın Qərb blokuna qayıtması Çin üçün arzuolunmaz bir vəziyyətdir. Çin lazım gələrsə, Rusiyaya müəyyən təşviq edici güzəştlər və mükafatlar belə təqdim etməlidir. Asiya-Sakit okean və Tayvan ətrafında istənilən gərginlikdə bizim Rusiyanın hava məkanına, ərazisinə, xammalına ehtiyacımız olacaq”.   


Sual yaranır: Çinin həqiqətən Rusiyaya bu qədər ehtiyacı var? Nəzərdə tutulan "təşviq edici güzəştlər və mükafatlar" nələrdir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Bakir Həsənbəyli bildirib ki, Çin iqtisadi imperiyası bu günə qədər baş verən əksər münaqişələrin qazanan tərəfidir:


“ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından dərhal sonra Çin "Taliban" hökumətinə humanitar yardım göstərdi və siyasi-iqtisadi əlaqələr quran ilk ölkə oldu. Burada əsas məqsəd on illərlə davam edən hərbi münaqişə fonunda az qala unudulan təbii resursların hasilatında əsas tərəf kimi çıxış etmək idi. Çin Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlıq münasibətlərində müxtəlif sahələrə davamlı kreditlər verən və yatırımlar qoyan tərəfdaşdır. Elə Mərkəzi Asiya ölkəsi yoxdur ki, Çinə milyardlarla dollar borclu olmasın. Afrikada bir-birinin ardınca baş verən hakimiyyət dəyişikliklərindən sonra hazırda həmin coğrafiyada olan üç ölkədən biri məhz Çindir”.  


Ekspertin sözlərinə görə, Çin diplomatiyasını o qədər məharətlə icra edir ki, onun pərdəarxası məqsədləri açıq şəkildə görünmür:

"Burada Qərbin koloniya siyasətindən tam fərqli olaraq, qazan-qazan prinsipi həyata keçirilir. Bu kimi misalları davam etdirmək olar. Lakin konkret sualın cavabına gəldikdə, Çin avtoritarizmin qalası olan Rusiyanın nə süqutunu, nə də mövcud siyasətinin dəyişməsini istəyir. Çünki Rusiya ilə Çinin idarəçilik prinsipləri demək olar ki, bir-birinə yaxındır. Rusiyanın neoimperaialist siyasəti Çinin işinə çox yarayır. Rusiya “öz prinsipləri” uğrunda döyüşərkən Çin “dostunun” bu siyasətindən milyardlarla dollar qazanc əldə edir.


Çin bu gün Rusiya neftini ən aşağı qiymətlərlə alan alıcıdır. Əslində, bu təktərəfli alış-satış prosesi də deyil: Çin Rusiyadan aldığı neftin 80%-nin ödənişini öz məhsullarını satmaqla həyata keçirir ki, bu da iqtisadi münasibətdə ikiqat qazanc deməkdir. Digər tərəfdən, Rusiyanın aqressiv güc nümayişinə paralel olaraq Çin yumşaq gücdən istifadə edir ki, bu da hərbi rezervlərinin qorunmasına xidmət edir. Təsadüfi deyil ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp: “Çin iki-üç ilə hərbi imkanlar baxımından ABŞ-yə çatacaq”, – deyə narahatlığını ifadə etmişdi".

Politoloq izah edib ki, Rusiyanın Qərb orbitinə qayıtması Çin üçün ən arzuolunmaz vəziyyətdir:

"Bunun acı təcrübəsini Çin 2008-ci ilə qədərki Rusiyanın siyasətində görüb. O vaxt Putin: “Rusiyanın NATO üzvü olmasında problem yoxdur”, – deyirdi. Rusiyanın Qərb orbitinə daxil olması Çinin zərbə müstəvisinə çıxması deməkdir. Məhz bu baxımdan Çin özünü Rusiyaya yaxın siyasət yürüdən tərəfdaş kimi göstərməyə çalışır. Halbuki Rusiya–Ukrayna münaqişəsi başlayandan bu günə qədər Çin Rusiyanın mövqeyini birmənalı dəstəkləmədi və həmişə ehtiyatlı mövqe nümayiş etdirdi. Çin rəsmisinin hər hansı münaqişə kontekstində “bizim Rusiyanın ərazisinə və xammalına ehtiyacımız olacaq” mesajı təsadüfi deyil. Əvvəla, Çin uzun müddətdir ki, hərbi qarşıdurmalardan uzaq durmağa çalışır. Tayvana zaman-zaman əzələ nümayişi göstərmək istisna olmaqla, Çin yaxın müddətdə qaynar münaqişə ehtimalından uzaq duracaq".


Bakir Həsənbəyli Çinin dünyanın yenidən bölüşdürülməsində iqtisadi amilin böyük rol oynadığını yaxşı anladığını qeyd edib. Onun sözlərinə görə, Çin ABŞ-nin bu istiqamətdə hərəkətlənməsini həssaslıqla izləyir:

"Rusiya bu prosesdə zəif bənd statusuna yaxındır. Lakin Rusiyanın zəif bənd olması ABŞ-nin siyasi maraqlarına ziddir, çünki ABŞ-də mərkəzdənqaçma problemi ehtimalı yüksəkdir. Çin isə tam əksini düşünür: iqtisadi imperiyanın daha güclü olması bölgüdə böyük pay deməkdir. Çin Rusiyanı yanına almaqla bu payı daha asanlıqla əldə etməyi hədəfləyir. Məhz buna görə də Çin Rusiyaya şirnikləndirici vədlər verir. Bilir ki, bu gün Rusiya bütün iddialarına rəğmən Çinə möhtacdır".

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 All News