Zelenskinin portreti: Ukrayna nə qədər tab gətirə biləcək?

Zelenskinin portreti: Ukrayna nə qədər tab gətirə biləcək?
03.07.2026 16:59 Təhlil

2022-ci ilin fevralında Rusiya tankları Kiyevə doğru irəliləyəndə dünya mətbuatı Ukrayna Prezidenti Volodimir Zelenskinin cəbhə xəttindən paylaşdığı "Biz buradayıq" videosunu və Qərbin təxliyə təklifinə verdiyi "Döyüş burdadır. Mənə nəqliyyat yox, sursat lazımdır" cavabını danışırdı. O dövrdə Zelenski yaşıl hərbi köynəyi, emosional çıxışları və qətiyyəti ilə qlobal miqyasda müqavimətin canlanan simvoluna çevrildi.

İllər keçdi, müharibənin xarakteri dəyişdi. Hərbi və maliyyə baxımından Qərbdən artan asılılıq Kiyevin müstəqil qərar qəbul etmə arealını daraldır. Bu reallıq isə birbaşa Zelenskinin liderlik portretində özünü büruzə verir. Bəs, müharibənin əvvəlindəki qətiyyətli və dünyanı heyran qoyan Zelenski obrazı ilə bugünkü yorğun Zelenski arasında hansı ciddi siyasi-psixoloji fərqlər var? Onun liderlik portretində hansı aşınmalar baş verir və bu şəraitdə Ukrayna daha nə qədər tab gətirə biləcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Rəşad Bayramov Zelenskinin həqiqətən də 2022-ci ilin ilk mərhələsində müharibə başlayanda dünyada, xüsusən də Qərbdə müqavimət simvolu kimi qəbul olduğunu xatırladıb:


“Onun proseslərlə bağlı operativ qərarlar verməsi, mütəmadi olaraq cəbhə xəttində olması, emosional obrazı Rusiya kimi bir gücə qarşı dayanışmada həm daxildə cəmiyyətin, həm də beynəlxalq müstəvidə müttəfiqlərin psixoloji konsolidasiyasını təmin edirdi. Bugünkü mərhələdə isə vəziyyət təbii olaraq bir qədər fərqlidir və bunun da səbəbləri ortadadır. Müharibə uzanıb, resurslar tükənib, beynəlxalq dəstək faktiki olaraq şərtli və mərhələli xarakter alıb ki, bu da Zelenskinin əvvəlki obrazına müəyyən qədər təsir edir. Amma bunu aşınma kimi qəbul etmək də düzgün deyil. Sadəcə, Zelenski obrazı artıq daha çox "institusional lider" obrazı ilə əvəzlənib. Başqa sözlə, müharibənin ilk dövründən fərqli olaraq, Zelenskinin emosional və simvolik liderliyi tədricən daha sərt, bürokratik, strateji və koordinasiyaedici lider obrazı ilə əvəzlənib”.

Siyasi analitik düşünür ki, prinsipcə, bu, təbiidir, çünki psixoloji baxımdan uzunmüddətli müharibə liderlərin üzərinə əlavə yük qoyur. Qərar qəbul etmə prosesi ağırlaşır, itkilərin normallaşması riski meydana çıxır və ən əsası da ictimai gözləntilər davamlı olaraq yüksəlir. Bu, kənardan yorğunluq kimi görünə bilər. Amma əslində bu vəziyyət müharibədə liderliyin struktur reallığıdır. Yəni burada şəxsi motivasiyanın azalmasından söhbət getmir, sadəcə məsuliyyətin kəskin artması faktoru ön plana çıxır.

“Siyasi müstəvidə isə Zelenskinin əsas dəyişiminin Qərb tərəfdaşları ilə koordinasiyanın dərinləşməsi ilə bağlı olduğunu deyə bilərik. Yəqin ki, hər kəs razılaşar ki, müharibənin ilk mərhələsində müstəqil siyasi narrativ daha güclü idi. İndi isə hərbi və maliyyə baxımından hər gün artan asılılıq qərarların qəbulunda da Qərb tərəfdaşlarının rəyinin nəzərə alınmasını tələb edir.

Belə şəraitdə Ukraynanın nə qədər tab gətirəcəyində üç əsas faktor həlledici olacaq: müharibənin intensivliyi, Qərbin davamlı dəstək səviyyəsi və Ukraynanın daxili sosial-iqtisadi dayanıqlığı. Ukrayna Rusiyanın dərinliklərinə endirdiyi effektiv zərbələrlə vəziyyətdə müəyyən balans yaratmağa nail olub. Bu isə Qərbdən gələn dəstəyin davamlılığına da təsir göstərir. Avropa İttifaqı artıq 2027-ci ildən sonrakı dövr üçün də maliyyə dəstəyi verəcəyini bəyan edib. Ukrayna cəmiyyəti də böyük ölçüdə artıq müharibə şəraitinə adaptasiya olunub”, - deyə R.Bayramov bildirib.

O izah edib ki, iqtisadi platformada problem yaşanmazsa, Qərb tərəfdaşlarının dəstəyi davam edərsə və Ukrayna müharibəni böyük ölçüdə Rusiyanın dərinliklərinə çəkməyə müvəffəq olarsa, o zaman uzun müddət tab gətirə biləcək:

“Belə demək mümkünsə, Ukraynanın dayanıqlılığı indi böyük ölçüdə beynəlxalq dəstəyin səviyyəsindən və müharibənin iqtisadi-siyasi yoruculuq tempindən asılıdır”.

Qiymət Mahir

TodayPress TV

PHOTOS

Zelenskinin portreti: Ukrayna nə qədər tab gətirə biləcək? — 1
NEWS FEED
18 AUGUST 2026
Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər 21:10 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 ABŞ səfirliyi 40 min manat maaşa işçi axtarır 20:10 “Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 All News