Xarq NÖVBƏTİ HƏDƏFƏ çevrilir: Xəbərdarlıq nəticə verəcək? – ŞƏRH

Xarq NÖVBƏTİ HƏDƏFƏ çevrilir: Xəbərdarlıq nəticə verəcək? – ŞƏRH
14.03.2026 19:15 Təhlil

ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, əgər Tehran Hörmüz boğazında gəmilərə hücumları dayandırmasa, İranın Xarq adasındakı neft infrastrukturu hədəfə alına bilər.

Politoloq Elçin Xalidbəyli Ağ Ev liderinin fikirlərini TodayPress TV-yə şərh edib. 


O bildirib ki, Yaxın Şərqdə gərginləşən vəziyyət və nəzarətdən çıxmaqda olan savaş şəraitində Hörmüz boğazı artıq olduqca ciddi problemə çevrilib:  

“Hər iki tərəf öz təzyiqlərini Hörmüz boğazı üzərində qurur və bu boğaz enerji resursları marşrutları arasında olduqca önəmli yer tutur. Dünya bazarlarına çıxarılan neft məhsullarının təxminən 20%-i bu boğazdan keçir. Ona görə də İran Hörmüz boğazı faktorundan geniş şəkildə istifadə etməyə çalışır”.  


Analitik vurğulayıb ki, əgər İran bu boğazı tamam bağlayarsa, o zaman dünya enerji bazarında olduqca böyük bir defisit yarana bilər və bu da həm enerji qiymətlərinə, həm də Qərb ölkələrində böhranın yaranmasına səbəb ola bilər. Bu səbəbdən, bir çox ölkələr məsələnin həll edilməsinə çalışırlar.  

Siyasi şərhçi xatırladıb ki, Ağ Evdən də rəsmi Tehrana yönəlik əsas təhdidlər məhz bu mövzu üzərindədir: 

“İran tədricən Hörmüz boğazını keçilməz vəziyyətə gətirir. Ona görə də ABŞ daha sərt addımlar atacağı barədə mesajlar verir”. 


O qeyd edib ki, ABŞ artıq Xarq adasına zərbələr endirib. Bu da İran üçün strateji əhəmiyyət daşıyan bir məkandır. Politoloqun sözlərinə görə, İranın əsas neft infrastrukturu məhz bu adada yerləşir. Məlumata görə hərbi zərbələr zamanı neft infrastrukturuna zərər gəlməyib, ancaq bəzi hərbi obyektlər vurulub. 

E.Xalidbəyli hesab edir ki, bu məsələ yenə də həll edilməyib. Onun fikrincə, ABŞ-nin Xarq adasına zərbələri də indiki situasiyada İranı geri çəkilməyə məcbur etmiş kimi görünmür. Analitik sonda bildirib ki, Yaxın vaxtlarda Hörmüz boğazı ətrafında yaranmış vəziyyət Yaxın Şərqdəki hərbi-siyasi gərginliyin əsas düyün nöqtəsinə çevrilə bilər.  


Qeyd edək ki, Xarq adası İranın Fars körfəzində yerləşən kontinental adadır. O, Hörmüz boğazından 483 km şimal-qərbdə yerləşir. Strateji əhəmiyyətə malik ada, İranın neft məhsullarının 90%-ə qədərinin ixracı üçün dəniz limanı təmin etməklə yanaşı, 30 milyon barelə qədər neft üçün anbar təmin edir.  

Adanın uzun körpüləri neft tankerlərini yerləşdirmək üçün kifayət qədər dərinliyə malikdir və onu İranın həyati əhəmiyyətli neft paylama mərkəzinə çevirir. Ada vasitəsilə İranın əsas neft yataqlarından (Əhvaz, Marun və Qaçsaran) çıxan milyonlarla barel neft uzun boru kəmərləri ilə adaya çatdırılır. 


2026-cı il 13 mart tarixindən etibarən ada ABŞ-nin hücumuna məruz qalıb, lakin həm ABŞ rəsmiləri, həm də İran dövlət mediasının məlumatına görə, neft ticarəti ilə bağlı obyektlərə heç bir ziyan dəyməyib.  

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 All News