Vens Rubio ilə ƏVƏZLƏNDİ: Nə baş verir?

Vens Rubio ilə ƏVƏZLƏNDİ: Nə baş verir?
12.02.2026 17:28 Təhlil

İllik ənənəvi Münhen Təhlükəsizlik Konfransında ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubionun başçılıq edəcəyi gözlənilir.


Məlumdur ki, ötənilki konfransda Amerikanı vitse-prezident Cey. Di. Vens təmsil etmişdi. Vens o zaman Avropanın ünvanına çox sərt ittihamlar söyləmişdi. Demişdi ki, Avropanın ən böyük düşməni onun özüdür, düşmənçiliyi Rusiyada yox, özündə axtarmalıdır, Avropa demokratiyanı və insan haqlarını məhv edib. Vensə Avropa liderlərindən çox sərt cavablar gəlmişdi.  

Bəs Tramp niyə Vensi Rubio ilə əvəzlədi?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Rəşad Bayramov bildirib ki, Münhen Təhlükəsizlik Konfransı transatlantik münasibətlərin tonunu müəyyən edən əsas platformalardan biridir və ABŞ nümayəndə heyətinə bu il dövlət katibi Marko Rubionun rəhbərlik edəcəyi gözləntisi ötən il vitse-prezident Vensin sərt çıxışı fonunda xüsusi diqqət çəkir:


“Keçən il Vensin Avropanı tənqid edən sərt ritorikasının Avropa paytaxtlarında ciddi narazılıq doğurması və ABŞ–Avropa münasibətlərində əlavə gərginliyə səbəb olması faktdır. Bu kontekstdə Trampın bu il fərqli fiqur seçməsi təsadüfi görünmür”.

Onun sözlərinə görə, əsas amillərdən biri diplomatik tonun dəyişdirilməsi zərurətidir:

“Belə ki, Münhen konfransı yalnız fikir mübadiləsi məkanı deyil, həm də siyasi mesajların simvolik çəkisinin yüksək olduğu bir platformadır. Vensin çıxışı daha çox daxili auditoriyaya hesablanmış, ideoloji və konfrontativ xarakter daşıyırdı. Rubio isə klassik diplomatik məktəbin nümayəndəsi kimi tanınır və mesajları daha ölçülü, praqmatik çərçivədə təqdim etmək bacarığı ilə seçilir. Onun rəhbərliyi altında ABŞ tərəfi Avropaya münasibətdə daha konstruktiv ton nümayiş etdirə, fikir ayrılıqlarını açıq tənqid deyil, dialoq vasitəsilə ifadə edə bilər”.

R.Bayramov qeyd edib ki, digər faktor transatlantik etimadın bərpası ehtiyacı ilə bağlıdır:

“Son illər NATO daxilində yük bölgüsü, Ukraynaya dəstək, enerji təhlükəsizliyi və Çinlə münasibətlər kimi mövzularda ABŞ və Avropa arasında yanaşma fərqləri artıb. Belə bir şəraitdə dövlət katibinin konfransa rəhbərlik etməsi Vaşinqtonun Avropa ilə institusional və strateji əlaqələrə önəm verdiyini göstərən siqnaldır. Bu həm də ABŞ-nin ittifaq öhdəliklərinə sadiqliyini vurğulamaq üçün daha uyğun formatdır”.

Politoloqun fikrincə, daha bir amil daxili siyasi balansla bağlıdır:

“Vens Respublikaçı Partiyanın daha sərt və populist qanadını təmsil edən fiqur kimi qəbul olunur. Onun ritorikası seçici bazanın müəyyən hissəsinə xitab etsə də, beynəlxalq arenada əlavə gərginlik yarada bilər. Rubio isə daha ənənəvi xarici siyasət xəttinə yaxın şəxs sayılır. Onun önə çəkilməsi administrasiyanın həm daxili siyasi bazanı qorumaq, həm də xarici müttəfiqlərlə münasibətləri tam qoparmamaq niyyətində olduğunu göstərə bilər”.

Ekspert əlavə edib ki, bu dəyişiklik taktiki mesaj xarakteri də daşıyır:

“Tramp administrasiyası Avropaya əvvəlki tənqidi mövqeyindən tam geri çəkilmədən ton və təqdimat formasını dəyişə bilər. Yəni siyasətin mahiyyəti sərt qala, lakin diplomatik üslub yumşala bilər. Bu, xüsusilə Ukrayna müharibəsi, NATO xərcləri və Avropanın strateji muxtariyyəti məsələlərində aktualdır”.


R.Bayramov sonda vurğulayıb ki, Vensin Rubio ilə əvəzlənməsi şəxsi seçimdən daha çox siyasi siqnal kimi qiymətləndirilə bilər:

“Bu addım Vaşinqtonun Münhen platformasında gərginliyi artırmaqdan çox, münasibətləri idarəolunan çərçivədə saxlamağa üstünlük verdiyini göstərir. ABŞ–Avropa münasibətlərinin gələcək trayektoriyası isə yalnız ton dəyişikliklərindən deyil, konkret siyasət qərarlarından asılı olacaq”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
30 JULY 2026
SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 All News