Venesuela Ukraynanın taleyini yaşayacaq? - Amerikalı ekspertin ŞƏRHİ

Venesuela Ukraynanın taleyini yaşayacaq? - Amerikalı ekspertin ŞƏRHİ
03.12.2025 15:15 Təhlil

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar yalnız Venesuelada deyil, Latın Amerikasının digər ölkələrində də narkotik qaçaqmalçılarına qarşı hərbi zərbələr endirə bilər. O, Oval kabinetdəki çıxışında bildirib ki, Kolumbiya böyük həcmdə kokain istehsal edir və onu ABŞ-yə satır, bu fəaliyyətə qarışan istənilən qrupun hədəfə çevrilə biləcəyini vurğulayıb. Həmçinin Pentaqon Venesuela Prezidenti Nikolas Maduronun mümkün istefası ilə bağlı plan hazırladığını açıqlayıb. 

Maraqlıdır, ABŞ Latın Amerikasında müharibə başlada bilərmi?

Regionda narkotik qaçaqmalçılığına qarşı mümkün hərbi əməliyyatlarla bağlı ABŞ planları təhlükəsizlik, diplomatik münasibətlər və ümumi regional sabitlik üçün hansı nəticələrə səbəb ola bilər? Mətbuatda yayılan "Venesuela Ukraynanın taleyini yaşayacaq"iddiası nə dərəcədə realdır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan amerikalı siyasi analitik İrina Tsukerman bildirib ki, ABŞ bölgədə böyük müharibəyə deyil, kiçik və idarə olunan əməliyyatlara üstünlük verir:


"ABŞ-nin Latın Amerikasında narkotik kartellərinə qarşı genişmiqyaslı müharibəyə başlaması ehtimalı çox aşağıdır. Vaşinqton daha çox gizli əməliyyatlar, xüsusi təyinatlıların məhdud zərbələri, dəniz nəzarəti və təzyiq alətləri ilə hərəkət etməyə üstünlük verir. Trampın sərt ritorikasına baxmayaraq, Pentaqonun yanaşması daha ehtiyatlıdır və uzunmüddətli müharibəyə hazır olmaq istəmir".

Ekspertin fikrincə, ABŞ-nin zərbələri Venesuelada eskalasiyanı artırıb ölkəni Rusiya və İrana daha çox yaxınlaşdıra bilər:

““Narkotiklə mübarizə” adı altında aparılan əməliyyatlar isə əslində terrorla mübarizə və rejim dəyişikliyi elementləri ilə qarışır. Venesuela kimi cinayətkar şəbəkələrin dövlət strukturlarına qarışdığı ölkələrdə kartellərə zərbə vurmaq faktiki olaraq rejimin təhlükəsizlik aparatına hücum deməkdir və bu, eskalasiyanı artırır. Kartellər və Venesuela hakimiyyəti ABŞ hücumlarını ekzistensial təhdid kimi qəbul edib Rusiya və İranla əməkdaşlığı gücləndirə bilər”.

Onun sözlərinə görə, ABŞ-nin sərt ritorikası Kolumbiyanı uzaqlaşdırıb regionda siyasi gərginliyi artıra bilər:

"Kolumbiya üçün də risklər artır: ABŞ-nin sərt ritorikası Boqota ilə münasibətləri sarsıda, Kolumbiyanı alternativ tərəfdaşlara – Avropaya, Çinə və regional bloklara yaxınlaşdıra bilər. ABŞ-nin açıq hərbi əməliyyatları regionda Monroe Doktrinasının xatırlanmasına, narahatlığın artmasına və siyasi parçalanmaya səbəb olacaq".


Analitik həmçinin vurğulayıb ki, hüquqi baxımdan da problem böyükdür: 

"Başqa dövlətin ərazisində əməliyyat üçün ya həmin ölkənin razılığı, ya özünümüdafiə arqumenti, ya da BMT Təhlükəsizlik Şurasının mandatı lazımdır. Venesuela razılıq vermədiyi halda ABŞ müdaxiləsi suverenlik pozuntusu kimi qəbul ediləcək".

İ.Tsukerman qeyd edib ki, ABŞ müharibəyə girmək istəmir: 

"ABŞ ordusu yeni böyük münaqişəyə girmək istəmir və planlar yalnız ehtiyat xarakteri daşıyır. Venesuela–Ukrayna müqayisəsi isə yanıldıcıdır: Ukrayna NATO məkanında konvensional müharibə yaşayır, Venesuela isə iqtisadi cəhətdən çökmüş, izolyasiyada və xarici müttəfiqlərdən asılı vəziyyətdədir".

Politoloq bununla belə, Rusiya, İran və müəyyən dərəcədə Çinin Venesuelada informasiya əməliyyatları və proksi vasitələrlə təsirini artırmağa çalışdığını bildirib. O, ABŞ-nin hərbiləşmiş yanaşmasının zəif dövlətləri daha çox parçaladığını, kartellərin gizlənərək zorakılığı artırdığını və qaçaqmalçılıq marşrutlarını dəyişdiyini vurğulayıb.


Ekspert hesab edir ki, ABŞ-nin düzgün diplomatiyası sabitlik yarada, səhv addımları isə regionu daha da bölə bilər:

"Regionun sabitliyi ABŞ gücündən daha çox diplomatiyanın necə qurulacağından asılı olacaq. Əgər Vaşinqton qanuni hökumətlərlə koordinasiya etsə və bütün dövlətləri düşmən kimi təqdim etməsə, eskalasiya azalar. Əks halda qütbləşmə artacaq və bəzi dövlətlər ABŞ-dən uzaqlaşacaq".

Analitik sonda əlavə edib ki, nəticədə ABŞ-nin Latın Amerikasında böyük müharibəyə başlaması gözlənilmir. Daha real ssenari sərt ritorika, hədəfli əməliyyatlar, sanksiyalar və siyasi təzyiqdir. Proses regionda hərbi əməliyyatdan çox təhlükə qavrayışlarını və geosiyasi balansı dəyişəcək.  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 All News