Vaşinqtondan İrəvana “soyuq siqnal”: Kiçik Trampın İrəvan səfəri niyə baş tutmadı?

Vaşinqtondan İrəvana “soyuq siqnal”: Kiçik Trampın İrəvan səfəri niyə baş tutmadı?
12.11.2025 16:35 Təhlil

ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp Jr.-ın 12 noyabrda Ermənistana planlaşdırılan səfəri son anda ləğv olunub. Ermənistan mətbuatı yazır ki, qərar Takker Karlsonun verilişində “Tashir Capital” rəhbəri Narek Karapetyanın Ermənistan hökumətinin Apostol Kilsəsinə təzyiqləri barədə açıqlamalarından sonra verilib. Bildirilir ki, bu müsahibə ABŞ ictimaiyyətində ciddi rezonans yaradıb və Tramp Jr. bundan sonra səfərdən imtina edib.

Maraqlıdır, bu, ABŞ ictimaiyyətində və Respublikaçılar Partiyasında Ermənistan hökumətinə qarşı mövqelərin sərtləşməsinə səbəb ola bilərmi?


Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan səs-küylü bəyanatlar versə də, öhdəlikləri yerinə yetirməkdə aciz qalır:

"Ermənistanda son vaxtlar siyasi rəhbərliyin səs-küylü və dəbdəbəli bəyanatlar verməsinə baxmayaraq, iş bacarığı və icra qabiliyyəti baxımından imkanları son dərəcə məhduddur. Faktiki olaraq bu, özünəməxsus sabotaj siyasətidir. Ermənistan anlayır ki, Azərbaycan bütün qərarlaşdırılmış məsələlərdə həm təşəbbüskardır, həm də üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirir. Xatırlayırsınızsa, Prezident İlham Əliyev avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra müsahibəsində bildirmişdi ki, Ermənistan üçün əsas məsələ “F” tapşırıqlarını yerinə yetirməkdir".

Ekspertin fikrincə, Ermənistan TRIPP marşrutunun 42 kilometrlik hissəsini bilərəkdən ləngidərək prosesi əngəlləyir:

"Bu baxımdan Ermənistan yeni siyasi kəsirlər toplayır və göstərir ki, bəyanat verməkdə, vəd verməkdə irəlidə olsa da, əməli işə gələndə passivlik nümayiş etdirir. Donald Tramp üçün isə əsas olan TRIPP marşrutunun işlək vəziyyətə gətirilməsidir. Bu isə birbaşa Ermənistandan asılıdır. Çünki marşrutun 42 kilometrlik hissəsi Ermənistan ərazisindən keçir və bu məsafəyə görə məsuliyyət də məhz Yerevana aiddir. Görünür, Ermənistan prosesi bilərəkdən ləngidir və ənənəvi destruktiv davranışını təkrarlayır".

T. Abbasov qeyd edib ki, Paşinyan 42 kilometrlik hissəni siyasi təzyiq vasitəsinə çevirib:

"Burada sual yaranır: Ermənistan Donald Trampı aldadır, yoxsa daxili siyasi vəziyyəti balanslaşdırmaq üçün belə davranır? Görünən odur ki, Nikol Paşinyan həmin 42 kilometrlik ərazini bilərəkdən problemli zonaya çevirmək istəyir. Məqsəd odur ki, bütün tərəflər – o cümlədən ABŞ rəhbərliyi – ondan asılı vəziyyətə düşsün və Yerevana müraciət etsin".

Politoloq hesab edir ki, Ermənistan öhdəliklərini yerinə yetirmədiyi üçün Donald Trampın oğlunun səfəri ləğv edilib:

"Donald Trampın oğlunun Ermənistana planlaşdırılan səfəri də məhz bu məsələlərlə bağlı idi. O, ABŞ şirkətlərindən birinin operatoru qismində prosesin reallaşması üçün gəlməli idi. Lakin Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün səfər ləğv olundu. Əksinə, İrəvan prosesi ləngidən, “qırmızı işıq” yandıran addımlar atmağa başladı".

Onun qənaətincə, daxildə revanşistlərlə mübarizə Ermənistanın xarici siyasətində passivlik yaradır:

"Daxildə isə Paşinyan hakimiyyəti revanşist qüvvələrə, o cümlədən keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryanla qarşıdurmaya fokuslanıb. Seçkilərin gələn ilin iyununda keçiriləcəyi nəzərə alınarsa, bu mübarizə daha da kəskinləşəcək. Amma buna baxmayaraq, Ermənistan xarici siyasət və iqtisadi istiqamətlərdə yenə də passivlik nümayiş etdirir".

Ekspert, həmçinin Narek Karapetyanın Paşinyanı Qərbə yönəlmiş kimi görünüb, əslində Rusiyadan asılı qalmaqda ittiham etməsinə diqqət çəkib:

"Digər tərəfdən, Takker Karlsona müsahibə verən Narek Karapetyan Nikol Paşinyanı satqınçılıqda və ikiüzlü siyasət aparmaqda ittiham etdi. Onun sözlərinə görə, Paşinyan Qərbə inteqrasiya bəyanatları versə də, əslində Rusiyanın təsir dairəsində qalmağa çalışır və özünü hər iki tərəf üçün “yararlı oyunçu” kimi göstərməyə cəhd edir".

Tofiq Abbasov əlavə edib ki, Ermənistan TRIPP layihəsini siyasi şantaj vasitəsinə çevirərək prosesi ləngidir:

"Əgər Donald Trampın oğlu bu marşrutun reallaşmasına nəzarət edən tərəf kimi bölgəyə gəlməli idisə, səfərin baş tutmaması göstərir ki, Ermənistan hələ də hərəkətə keçməyə hazır deyil. İndi əsas diqqət Donald Trampın öz reaksiyasına yönəlib. O, bir neçə gün əvvəl bildirmişdi ki, TRIPP marşrutuna adının verilməsi onun üçün qürur mənbəyidir və bu layihə həm Azərbaycan-Ermənistan münasibətlərinə, həm də Avropa-Asiya arasında əlaqələrin inkişafına böyük töhfə verəcək. Lakin görünür, Ermənistan bu imkanları siyasi şantaj vasitəsinə çevirmək niyyətindədir".

Şərhçi sonda əlavə edib ki, Trampın oğlunun səfərinin ləğvi Ermənistanın proseslərdən yayınmasını göstərir:

"Beləliklə, Trampın oğlunun səfərinin ləğvi ciddi siqnaldır. Bu, Ermənistanın proseslərdə geri addım atdığını və məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Lakin bu vəziyyət uzun müddət davam edə bilməz.

Hazırda əsas sual ABŞ və Ermənistanın Qərbdəki tərəfdaşları qarşısında dayanır: Ermənistanın həqiqi maraqları və prioritetləri nədən ibarətdir? O, beynəlxalq inteqrasiyanın bərabərhüquqlu iştirakçısına çevriləcəkmi, yoxsa prosesləri əngəlləyən, “tormoz” rolunu oynayan bir aktora çevriləcək? Bu sualın cavabı, yəqin ki, yaxın zamanda aydın olacaq".

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 All News