Vaşinqton “nəbz yoxlayır”: Zəngəzur dəhlizinə nəzarət mübarizəsi alovlanır!

Vaşinqton “nəbz yoxlayır”: Zəngəzur dəhlizinə nəzarət mübarizəsi alovlanır!
03.07.2025 23:00 Təhlil

“Azərbaycan və Ermənistan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir. Eyni zamanda bölgə ölkələrinin ABŞ-nin də nəzarətinə ehtiyacı yoxdur”.

TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” hesabında yazıb. 

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp beynəlxalq aləmin müxtəlif mövzularına maraq göstərir:

“Bu mənada Tramp administrasiyasının Zəngəzur dəhlizinə nəzarət və yük tranzitinin monitorinqi funksiyasının amerikalı şirkətə verilməsini nəzərdə tutan planı barədə xəbər saytlarda geniş yayılıb. Vaşinqtondakı adı çəkilməyən mənbənin bildirdiyinə görə, bu təşəbbüs Rusiyanı həm danışıqlar prosesindən, həm də dəhlizin icrasından tamamilə kənarda qoymaq məqsədi daşıyır. Mənbəyə istinadən yayılan xəbərdə Vaşinqtonun təşəbbüsünün Azərbaycan və Ermənistan üçün daha bir faydası belə təqdim olunub: 

“ABŞ-nin iştirakı  Azərbaycanın uzunmüddətli təhlükəsizlik təminatı tələblərini qarşılayır və Ermənistanın dəhliz üzərində suverenliyini qoruyur”.

Ağ Evdən və Dövlət Departametindən yayılan xəbərlə bağlı şərh verilməyib. Ancaq böyük ehtimalla, Vaşinqton adı çəkilməyən mənbənin yaydığı xəbər vasitəsilə Azərbaycanın, Ermənistanın, Türkiyənin və Rusiyanın nəbzini yoxlayır. Azərbaycan və Ermənistan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir. Eyni zamanda bölgə ölkələrinin ABŞ-nin də nəzarətinə ehtiyacı yoxdur. Söhbət qısa məsafədən gedir və Zəngəzur dəhlizini Azərbaycan və Ermənistan daxili resursları hesabına inşa edə bilərlər”.

Ekspert Çinin bu ssenariyə verə biləcəyi reaksiyadan da danışıb:

“Digər tərəfdən, dəhlizlə əsas daşınacaq yüklərin sahibi Çin də ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət etməsini istəməz. ABŞ-nin dəhlizə nəzarət etməsi halında Çin öz mallarının daşınmasında bu marşruta üstünlük verməyəcək. Türkiyə də Çinlə eyni mövqedə olar. Bir sözlə Rusiyanın, ABŞ-nin və ya Avropa İttifaqının Zəngəzur dəhlizinə nəzarət etməsi bölgə ölkələrinin maraqlarına cavab vermir”.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər