“Ukrayna münaqişəsində həlledici məqam bu olacaq” - Ramiz Yunus AÇIQLADI

“Ukrayna münaqişəsində həlledici məqam bu olacaq” -  Ramiz Yunus AÇIQLADI
31.07.2025 11:13 Təhlil

“Müasir Rusiya Sovet İttifaqının taleyini təkrarlayır”. 

TodayPress TV xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.

O, məşhur alman filosofu Georq Vilhelm Fridrix Hegeldən sitat gətirib: 

“Hegel deyib: “Əgər bir hadisə ikinci dəfə təkrarlanırsa, o artıq zərurətə çevrilir”. Bu fikir hazırda müasir Rusiyanın vəziyyətinə tamamilə uyğun gəlir. Rusiya Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə ilə istər şüurlu, istərsə də qeyri-ixtiyari şəkildə Sovet İttifaqının taleyini təkrarlamağa başlayıb.

Sovet qoşunları 1979-cu ildə Əfqanıstana hərbi müdaxilə etdikdən sonra SSRİ daxilində dərin böhranlar yarandı. Sovet lideri Leonid Brejnev dövrünün “zastoy” (durğunluq - red.) mərhələsi ilə başlayan bu proses, 1989-cu ildə sovet qoşunlarının Əfqanıstandan çıxarılması və nəhayət, 1991-ci ildə “şərin imperiyası”nın süqutu ilə nəticələndi. İmperiyaların dağılması nadir hallarda dinc şəkildə baş verir. Bu, həm daxili, həm də sərhədyanı ərazilərdə böyük kataklizmlərlə müşayiət olunur. Bu gün postsovet məkanında Rusiyanın qonşuları Ukraynanın apardığı müqavimət müharibəsinə mental olaraq dəstək verirlər. Çünki bu mübarizənin nəticəsi yalnız Ukraynanın deyil, onların da taleyini müəyyənləşdirəcək”.

Onun sözlərin görə, Şuşada keçirilmiş III Qlobal Media Forumuna və Prezident İlham Əliyevin “Heç vaxt işğalla barışmamaq” fikrinə qarşı Kremlin ruporu olan media qurumlarının sərt reaksiyası da təsadüfi deyil. Bu, əslində SSRİ dövründə “Vremya” proqramının təbliğat ritorikasını xatırladan informasiya metaztazlarıdır. 

Analitik həmçinin xatırladıb ki, SSRİ-nin süqutu tədricən və idarə olunan şəkildə baş verib. Qərb bu prosesi nəzarətdə saxlayıb, çünki nüvə silahı olan bir imperiyanın xaosa yuvarlanması təhlükəli sayılırdı. Bu gün isə vəziyyət daha fərqlidir - Rusiyanın resurs bazası SSRİ-dən də zəifdir, müasir Qərb isə daha güclüdür. 

Ramiz Yunusun fikrincə, Ukrayna bugünkü qlobal toqquşmanın əsas döyüş meydanına çevrilib – necə ki, 1980-ci illərdə bu rol Əfqanıstana verilmişdi. ABŞ və Avropa artıq strateji razılığa gəlib, qitə ABŞ-nin “çətiri” altından çıxaraq müstəqil hərəkət etməyə başlayıb. Lakin münaqişənin həlli üçün həlledici məqam Vaşinqtonun Pekinlə nə dərəcədə anlaşa bilməsi olacaq:

“1970-ci illərdə ABŞ-nin 37-ci prezidenti Riçard Nikson, dövlət katibi Henri Kissincer və Çin lideri Den Syaopin arasında razılaşma oldu və burada Tayvanı sövdələşmə vasitəsi kimi istifadə etdilər. Bənzər təklifin bu gün də Çinə edilib-edilməyəcəyini yaxın vaxtlarda görəcəyik. Hələlik isə Ukraynada müharibə davam edəcək. Çünki çağdaş dünyada “hüququn gücü” yox, “gücün hüququ” işləkdir. Buna görə də Ukraynanın və onun qəhrəman xalqının geri çəkilmək fikri yoxdur - bu mübarizə yeni dünya düzəninin taleyini həll edəcək”. 

Analitik sonda 20-ci əsrin ən nəhəng siyasətçilərindən biri olan ingilis siyasi və dövlət xadimi Uinston Çörçilin “Əgər cəhənnəmdən keçirsinizsə gedin, dayanmayın” sözlərini xatırladıb.  

Töhfə Səməd

XƏBƏR LENTİ
31 IYUL 2026
Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 Bütün Xəbərlər