Ukrayna cəmiyyətini maraqlandıran sual: Müharibə niyə başladı?

Ukrayna cəmiyyətini maraqlandıran sual: Müharibə niyə başladı?
21.11.2025 17:30 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiyanın birgə hazırladığı yeni sülh planı ilə bağlı müzakirələrə başlamağa razılıq verib. Bildirilir ki, Zelenski Kiyevdə ABŞ quru qoşunları naziri Den Driskoldan planın surətini alıb və Tramp administrasiyası ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Maraqlıdır, Zelenskinin yeni sülh planı üzrə danışıqlara razılıq verməsi Ukraynanın strateji xəttində hansı dəyişikliklərə işarə edir? Bəs Ukrayna cəmiyyətinin bu sülh planını qəbul etməməsi və Zelenskiyə qarşı daxili təzyiqlərin artması ehtimalı mümkündürmü? 


Məsələ ilə bağlı TodayPress TV -yə danışan siyasi ekspert Elmir Səftərov bildirib ki,  sənəd açıq şəkildə Rusiyanın şərtlərinə söykənir:

"Ukraynanın ABŞ və Rusiya tərəfindən birgə hazırlanan sülh planını qəbul edib-etməyəcəyi yaxın vaxtlarda daha dəqiq bilinəcək. Lakin hazırkı mənzərə göstərir ki, sənəd Rusiyanın müharibədən əvvəl irəli sürdüyü şərtlərlə böyük ölçüdə üst-üstə düşür və Moskvanın müharibədə diktə edən tərəf kimi öz tələblərini sülh planına daxil etdirdiyi təsiri bağışlayır".

Onun sözlərinə görə, bu günə qədər Ukrayna aparılan bütün danışıqlarda ərazi bütövlüyündən geri addım atmaq istəmirdi. Buna baxmayaraq, ABŞ rəsmiləri son aylarda tez-tez bir fikri vurğulayırlar: güzəşt qaçılmazdır. Müharibə təxminən dörd ilə yaxın davam etsə də, Rusiya bu müddətdə heç bir ciddi güzəştə getmədi, əksinə yeni əraziləri ələ keçirərək öz mövqelərini gücləndirdi. Bu isə danışıqlar masasında Rusiyanın üstünlüyünü daha da artırdı.


Ekspert qeyd edib ki, Ukrayna ABŞ-nin  xəttindən kənar davranmağın ona daha baha başa gələ biləcəyini görür: 

"Donald Trampın yenidən ABŞ prezidenti olmasından sonra Ukrayna–Rusiya müharibəsinə dair sülh təşəbbüsləri daha açıq şəkildə gündəmə gəldi. Bu reallıq Ukraynaya göstərir ki, əgər Vaşinqtonun diktə etdiyi şərtlərə uyğun addım atılmasa, müharibənin davamı ölkə üçün daha da ağır nəticələr yarada bilər. Avropanın isə ABŞ-nin təmin etdiyi hərbi və siyasi dəstəyi tam şəkildə əvəzləmək gücündə olmadığı artıq məlumdur. Bir çox silah növlərinin tükəndiyi, uzaqmənzilli raketlər və kəşfiyyat məlumatlarının əsasən ABŞ tərəfindən təmin edildiyi açıq şəkildə görünür".


"Trampın prosesdə əsas söz sahibi olmaq istəyinin güclü olması onu deməyə əsas verir ki, ABŞ razılaşmada öz təsir imkanlarını itirmədən bütün qərarların mərkəzində qalmağa çalışır".

E.Səftərov vurğulayıb ki, ABŞ-nin  təzyiqi Ukraynanı planı qəbul etməyə yaxınlaşdırır:

"Aydındır ki, Amerikanın siyasi iradəsi Ukraynanın qərarlarına birbaşa təsir göstərir. Bu çərçivədə Ukraynanın sanki məcburi şəkildə sözügedən planı qəbul etməyə yönəldildiyi müşahidə olunur. Zelenskinin əvvəlki sərt ritorikasının yaxın gələcəkdə necə dəyişəcəyi isə zamanla aydın olacaq. Əgər bu baş verərsə, müharibənin strateji mərhələsində də ciddi dəyişikliklər ola bilər. Ukraynada anlayırlar ki, daha real və praqmatik yanaşmaya keçmək zəruridir. Dörd ilə yaxın müddət göstərdi ki, hərbi yolla tam qələbə qazanmaq və bütün əraziləri geri almaq hədəfi yenidən reallıq prizmasında qiymətləndirilməlidir. Müharibənin uzanması və ABŞ dəstəyinin azalması Ukrayna üçün daha ağır fəsadlar yarada bilər ki, bu da ölkənin gələcəyi üçün ümidverici görünmür".


Onun qənaətincə, Ukrayna cəmiyyəti daxilində isə kapitulasiya qorxusu və ərazi itkisi narahatlığı çox güclüdür. Radikal qruplar Zelenskinin ərazi güzəştlərinə getməsini qəbul etməyə hazır deyillər. Çünki bu müharibə minlərlə insanın ölümünə, yaralanmasına, ölkənin isə böyük resurs itkilərinə səbəb olub. 

Şərhçi, həmçinin bildirib ki, bir çox ukraynalıya görə, Rusiyanın şərtlərini qəbul etmək  həm də müharibənin niyə başladığı sualını doğurur:

"Ukraynalıların bir hissəsi düşünür ki, müharibənin başlanmasının əsas səbəblərindən biri Ukraynanın NATO-ya üzvlük məsələsi və alyansın genişlənməsi idi. İndi isə Rusiyanın istədiyi şərtlər qəbul ediləcəksə, sual yaranır:  Bəs bu müharibə niyə başladı? Əgər ABŞ öz mövqeyini dəyişməz saxlayarsa, Ukrayna strateji kursunun müəyyən hissəsini yenidən nəzərdən keçirərək daha yumşaq, diplomatik mərhələyə keçə bilər. Bu isə cəmiyyətdə psixoloji hazırlıq tələb edir və böyük risklər yaradır. Belə bir razılaşma həm real sülhə addım ola bilər, həm də ölkədə dərin siyasi böhran yarada bilər. Bu prosesin sabitləşməsi isə zaman tələb edəcək".


Ekspert sonda əlavə edib ki, əsas sual Zelenskinin bu prosesdə təkcə Avropa ölkələrinin deyil, həm də Ukrayna cəmiyyətinin mövqeyini nə dərəcədə nəzərə alacağıdır. Çünki sülh planının taleyi böyük ölçüdə xalqın reaksiyasından və Ukraynanın əsas müttəfiqlərinin qərarlarından asılı olacaq.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News