Suriya, İsrail, Küveyt və DAHA 12 ÖLKƏ... - ABŞ regionu boşaldır

Suriya, İsrail, Küveyt və DAHA 12 ÖLKƏ... - ABŞ regionu boşaldır
03.03.2026 16:29 Təhlil

ABŞ hökuməti Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda öz vətəndaşlarını bir sıra ölkələri təcili şəkildə tərk etməyə çağırıb. Bura Bəhreyn, Misir, İran, İraq, İsrail, Qəzza zolağı, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən də daxildir.  

Sual yaranır, ABŞ-nin bu qədər geniş coğrafiyanı əhatə edən təxliyə çağırışı nəyin xəbərçisidir?   

Sözügedən mövzunu politoloq Əli Mustafa TodayPress TV-yə şərh edib. 


Analitik diqqətə çatdırıb ki, belə geniş coğrafiyanın təhlükəli ərazi elan edilməsi həmin bölgələrdə artan risklərlə bağlıdır: 

"Ümumilikdə İran artıq bu ərazilərin bir çoxunda yerləşən hədəflərə əks-zərbələr endirir. İran Xarici İşlər Nazirliyi açıq şəkildə bəyan edir ki, ABŞ-nin hərbi bazalarının yerləşdiyi bütün ərazilər onlar üçün legitim hədəf sayılır. Rəsmi Tehran Körfəz və ərəb ölkələrinə, hətta dost və qardaş dövlətlərə belə müraciət edərək bildirir ki, məqsəd həmin ölkələr deyil, onların ərazisində yerləşən ABŞ bazalarıdır. Lakin faktiki vəziyyət göstərir ki, bu ərazilərdə artıq partlayışlar baş verir, İran müxtəlif bölgələri raket və pilotsuz uçuş aparatları ilə hədəfə alır". 


Politoloq əlavə edib ki, məhz buna görə ABŞ öz vətəndaşlarına təcili müraciət edərək bu əraziləri tərk etməyə çağırıb, hətta xüsusi reyslərlə və mümkün olan bütün vasitələrlə regiondan çıxmağı tövsiyə edib:

"Hazırda bəzi ölkələrdə – məsələn, Suriyada və ya Qəzza zolağında – birbaşa genişmiqyaslı qarşıdurma müşahidə olunmasa da, vəziyyət son dərəcə həssasdır və istənilən an eskalasiya baş verə bilər. Livanda da bir müddət nisbi sakitlik hökm sürsə də, artıq yenidən toqquşmalar başlayıb. Livan ərazisindən İsrailə raket və dron hücumlarına cavab olaraq İsrail də həmin bölgələrə zərbələr endirir".

Onun sözlərinə görə, həm İranın, həm də ABŞ və İsrailin adı çəkilən ölkələrin ərazilərində dolayı və ya birbaşa qarşıdurma müşahidə olunur. Bu səbəbdən ABŞ öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə onların regionu tərk etməsini istəyir.


Ekspert vurğulayıb ki, əslində bu, yeni mövqe deyil:

"İran ilk gündən bəyan edirdi ki, əgər ABŞ və ya İsrail ona hücum edərsə, həmin dövlətlərin bazalarının yerləşdiyi əraziləri hədəfə alacaq. Hazırkı vəziyyət göstərir ki, Tehran bu bəyanatlarını praktik addımlarla təsdiqləyir". 

Ə.Mustafa sonda əlavə edib ki, bunun arxasında İranın ABŞ-ni atəşkəsə məcbur etmək cəhdi, yaxud münaqişəni regiona yayaraq təhlükə miqyasını böyütmək və beynəlxalq ictimaiyyəti prosesə daha fəal şəkildə cəlb etmək istəyi dayana bilər.  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 All News