Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı

Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı
05.08.2026 14:57 Təhlil

Son bir həftə ərzində  Rusiya mətbuatının ana xəttini demək olar ki, məhz Ukrayna- Rusiya müharibəsi təşkil edib.

İstər dövlət, istərsə də müstəqil xəbər resursları diqqəti daha çox tərəflərin qarşılıqlı dron və raket zərbələrinə, cəbhə xəttindəki son duruma və bu hücumların Rusiya daxilində doğurduğu fəsadlara yönəldib.

Həftə ərzində ən çox manşetlərə çıxan məsələlərdən biri Ukraynanın Rusiyanın müxtəlif vilayətlərinə PUA zərbələri endirməsi idi. Tula vilayətində yerləşən Wildberries logistika mərkəzinin vurulması, Moskva tərəfə edilən kütləvi dron hücumları, habelə Gelencik yaxınlığındakı Arxipo-Osipovka çimərliyinə düşən zərbə nəticəsində dinc sakinlərin həlak olması xəbər lentlərinin başında yer alıb. Həmçinin Rusiya da Ukraynanın logistika mərkəzlərini hədəf almağa başlayıb. Ölkənin Müdafiə Nazirliyi isə günbəgün onlarla, hətta bəzən yüzlərlə PUA-nın havada sıradan çıxarıldığını bəyan edib.

Paralel olaraq, Rusiyanın Ukrayna ərazisinə endirdiyi cavab zərbələri də gen-bol müzakirə olunub. Yerli media xüsusilə Kiyevə və Kiyev vilayətinə raketlərlə, eləcə də Geran dronları ilə endirilən zərbələri, mühüm logistika obyektlərinin vurulmasını və döyüş meydanında yeni yaşayış məntəqələrinin nəzarətə götürülməsini qabardıb.

Siyasi müstəvidə diqqət çəkən iki əsas məqam var idi: Prezident Vladimir Putinin xaricdə yaşayan və qiyabi təqib olunan şəxslərin hüquqlarını çərçivəyə salan yeni qanunu təsdiqləməsi və müxalif siyasətçi Boris Nadyejdinin ölkəni tərk etməsi. Müstəqil mətbuat bütün bunları daxili siyasi təzyiqlərin növbəti dalğası kimi yozub.

İqtisadiyyat bölmələrində isə əsas diqqət Ukrayna zərbələrinin ölkənin logistika sisteminə və elektron ticarətə vurduğu zərərə, xüsusən də "Wildberries" anbarlarının vurulmasından sonra yaranan çətinliklərə yönəlib. Həmçinin yanacaq bazarında yaşanan son durum və ixrac göstəriciləri də kütləvi informasiya vasitələrinin diqqətindən yayınmayıb.

Rosselxoznadzor-un Ermənistandan gələn kənd təsərrüfatı və qida məhsullarının idxalına qoyduğu qadağalar, habelə iki ölkə arasında ticarət dövriyyəsinin 20%-dən çox azalması diqqət mərkəzində saxlanılıb. Rusiyalı ekspertlər və dövlət rəsmiləri Yerevana xəbərdarlıq ediblər ki, Avrasiya İqtisadi İttifaqından uzaqlaşmaq və Qərbə inteqrasiya olunmaq cəhdləri Ermənistan iqtisadiyyatına kəskin zərbə vuracaq. Həmçinin İrəvanın bu siyasi kursunu davam etdirəcəyi təqdirdə Moskvanın güzəştli qaz nəqlini dayandıra biləcəyi ehtimalları da geniş işıqlandırılıb.

Bir sözlə, bu yeddi gün ərzində Rusiya mətbuatı tam şəkildə müharibə abu-havasında köklənmişdi. Rəsmi dövlət mediası diqqəti təhlükəsizlik tədbirlərinə və cəbhədəki hərbi əməliyyatlara yönəltdiyi halda, müstəqil resurslar müharibənin doğurduğu siyasi, iqtisadi və sosial fəsadları qabartmağa üstünlük verib.

İstifadə olunan mənbələr: TASS;  RT; RIA; Meduza; Mediazona. 

Jalə Rövşən 

NEWS FEED
05 AUGUST 2026
Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 All News