Seçkiyə hazırlığın SON AKKORDLARI: Gümrüdə nə baş verir?

Seçkiyə hazırlığın SON AKKORDLARI: Gümrüdə nə baş verir?
21.10.2025 17:44 Təhlil

Oktyabrın 20-də Ermənistan hüquq-mühafizə orqanları Gümrü şəhər merinin binasında istintaq tədbirləri keçirib.

Şəhər meri Vardan Qukasyan və daha 7 nəfər, o cümlədən Gümrü şəhərinin baş memarı Henrik Qasparyan 4 milyon dram rüşvət almaqda ittiham olunaraq saxlanılıblar. 


Onlar barəsində prokurorluğun təqdimatı ilə məhkəmə 2 aylıq həbs qərarı verib.

Gümrüdə nə baş verir? Niyə məhz Gümrü?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bildirib ki, əslində, Ermənistanda indi baş verənlər gözlənilən idi və qeyri-adi hadisə kimi qəbul olunmamalıdır:


"Seçkilər yaxınlaşdıqca Ermənistanda proseslərə təsir göstərə bilən, xüsusilə də Rusiyanın “beşinci kolonu” qismində çıxış edən bəzi şəxslərin və qrupların neytrallaşdırılması istiqamətində müəyyən tədbirlərin həyata keçiriləcəyi məlum idi. Ermənistanın Baş naziri Nikol Paşinyanın son aylarda atdığı addımlar prosesin başlanacağını öncədən proqnozlaşdırmağa imkan verirdi. O, əvvəlcə keçmiş hakimiyyət nümayəndələrindən ibarət olan müxalifətin, daha sonra isə Ermənistanda ictimai rəyə ciddi təsir gücünə malik kilsə rəhbərliyinin mövqelərini zəiflətməyi bacardı. Məhz bu siyasətin nəticəsidir ki, müxalif fiqurların, bəzi iş adamlarının və kilsə xadimlərinin həbsi kütləvi etirazlara səbəb olmadı.


Paşinyan ictimai rəyi öz tərəfinə çəkdiyinə əmin olduqdan sonra Rusiyanın dayaq nöqtəsi sayılan Gümrüdə də təmizləmə prosesinə başlamaq üçün heç bir maneə qalmamışdı. Son bələdiyyə seçkilərində hakim partiyanın bütün səylərinə baxmayaraq, mer seçilməyi bacaran Vardan Qukasyanın neytrallaşdırılması seçki öncəsi mühüm addım idi. Bu, təkcə onun Paşinyanı sərt tənqid edən siyasətçi olması ilə bağlı deyildi. Qukasyan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan kimi Rusiyaya bağlı müxaliflərdən fərqli olaraq, Qarabağ ermənisi deyil və bu səbəbdən yerli əhali arasında daha çox dəstək qazana bilərdi".

Analitikin sözlərinə görə, Gümrünün hədəf seçilməsinin digər vacib səbəbi burada Rusiyanın hərbi bazasının yerləşməsi və şəhərdə Rusiyapərəst qüvvələrin daha aktiv olmasıdır:


"Bu baxımdan Qukasyanın həbsi həm də Moskvaya verilən açıq mesaj kimi dəyərləndirilə bilər: Paşinyan Rusiyaya göstərmək istəyir ki, seçkilərə hər hansı müdaxiləyə yol vermək niyyətində deyil.


Nəhayət, Paşinyanın rəqiblərinə qarşı bu qədər sərbəst davranması və onların müxtəlif bəhanələrlə həbsi Qərb institutlarının tənqidinə məruz qalmayacağına dair əminlikdən qaynaqlanır. Rəsmi İrəvan bu gün bütün müxalifət təmsilçilərini həbs etsə, mitinqləri qadağan etsə və aksiyaları güc tətbiq etməklə dağıtsa belə, bu addımlar beynəlxalq təşkilatlar və ya Qərb dövlətləri tərəfindən insan haqlarının pozulması kimi qiymətləndirilməyəcək. Paşinyan da bunu çox yaxşı bildiyindən, istədiyi siyasəti açıq şəkildə həyata keçirir".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Bütün Xəbərlər