Seçilməsi üçün hər şey edəcək: Orban Trampa NİYƏ “SƏRF EDİR”?

Seçilməsi üçün hər şey edəcək: Orban Trampa NİYƏ “SƏRF EDİR”?
17.02.2026 18:07 Təhlil

ABŞ Prezidenti Donald Tramp Macarıstanda keçiriləcək parlament seçkiləri öncəsi Baş nazir Viktor Orbana dəstəyini ifadə edib. 


“2022-ci ildə Viktoru yenidən seçilmək üçün dəstəkləməkdən qürur duydum və bunu yenidən etməkdən şərəf duyuram. Viktor Orban əsl dost, mübariz və qalibdir. O, heç vaxt böyük Macarıstan xalqını məyus etməyəcək!”, - deyə Amerika Prezidenti deyib.   

Maraqlıdır, Tramp Orbanı niyə dəstəkləyir?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) funksioneri Əli Orucov Viktor Orbanın öz müstəqil fikri və yürütdüyü siyasəti ilə tanındığını bildirib:  


“Onun Avropa İttifaqında (Aİ) qəbul edilən qərarlara bəzi hallarda qarşı çıxması ittifaq daxilində narazılıqlar da yaradıb. Budapeştin Ukrayna–Rusiya müharibəsinə baxışları ziddiyyət təşkil edir. Orban hesab edir ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları və təzyiq mexanizmləri doğru yanaşma deyil. Moskva ilə dil tapmağı, danışıqlar aparmağı düzgün yol sayır və Rusiya Prezidenti Vladimir Putinə mülayim münasibətini də gizlətmir”.  

Ekspertin sözlərinə görə, Trampın Aİ və Putinə baxışlarında Orbanla üst-üstə düşən məqamlar çoxdur:

“Ağ Ev rəhbəri Macarıstanın Avropa İttifaqı ilə fikir ayrılıqlarından istifadə edir və görünür, bundan sonra da istifadə edəcək. Tramp Orbanı ABŞ-nin dostu və sadiq müttəfiqi hesab edir. Macarıstan Baş nazirinin Qərbə yönəlik tənqidi fikirləri, Brüsselə boyun əyməməsi ona qarşı ikili mövqe formalaşdırıb. Qərb ondan qurtulmaq istəyir, ABŞ isə onunla davam etməkdə maraqlıdır. Sosioloji rəy sorğularına görə Orbanın partiyası FİDES potensial rəqiblərindən xeyli geri qalır. Bu partiya iki il əvvəl Avropa Parlamentinə keçirilən seçkilərdə də itkilər vermişdi. Ona görə də Macarıstanda 12 apreldə keçiriləcək seçki Aİ ilə ABŞ arasında kəskin rəqabət mühitində baş tutacaq”. 

Ə.Orucov Orbanın qələbəsinin Türk dünyası üçün də önəmli olduğunu ifadə edib.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri 12 aprel 2026-cı ildə keçiriləcək.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 All News