Şahmat taxtasında təzyiq: İran-ABŞ dialoqunda ziddiyyətlər artır

Şahmat taxtasında təzyiq: İran-ABŞ dialoqunda ziddiyyətlər artır
28.11.2025 17:13 Təhlil

İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə dialoqu bərpa etmək üçün vəliəhd Məhəmməd bin Salmanın vasitəçiliyinə ümid etdiyi bildirilir. “Iran International”a görə, Vaşinqton Tehranla danışıqlara qayıtmaq üçün üç şərtini yenidən çatdırıb: nüvə proqramından imtina, regional proksi şəbəkələrinin dayandırılması və raket proqramına məhdudiyyətlər. Ali Lider Əli Xamenei isə Pezeşkianın bin Salmana məktub göndərdiyi iddiasını “yalan” adlandırıb və İranın ABŞ ilə danışıqlara can atmadığını deyib. “Reuters” də əvvəlcə Pezeşkianın Trampı razı salmaq üçün ərəb vasitəçiliyinə müraciət etdiyini yazmışdı. 


Maraqlıdır, ABŞ-nin Tehrana irəli sürdüyü üç sərt şərtin fonunda Pezeşkianın Səudiyyə vasitəçiliyinə ümid etməsi İran daxilində hansı siyasi dilemmanı ortaya çıxarır və Xameneinin “məktub yoxdur” reaksiyası bu prosesin arxasında hansı real narahatlıqların dayandığını göstərir?   

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki,  İranın  açıqlamalarına etibar etmək olmaz: 


"İran və Rusiya elə dövlətlərdir ki, rəsmilərin verdiyi istənilən açıqlamanı olduğu kimi, həqiqət kimi qəbul etmək olmaz. Bu ölkələrin bütün bəyanatlarına prinsipial şəkildə şübhə ilə yanaşmaq lazımdır. Çünki sözləri ilə əməlləri arasında daim ziddiyyət olur. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacağı istisna deyil. Bu, həmin rejimlərin mahiyyətindən irəli gələn bir gerçəklikdir".

Ekspert bildirib ki, İran əlindəki yüksək zənginləşdirilmiş urana güvənir:


“O ki qaldı, İranın ABŞ-nin irəli sürdüyü şərtləri qəbul edib-etməyəcəyinə – nəzərə almaq lazımdır ki, Tehranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatı mövcuddur. Bu isə ABŞ-nin mümkün bombardmanından xilas edilmiş, strateji əhəmiyyət daşıyan materialdır. Bu uran nüvə silahı istehsalı üçün real potensial vasitədir və istənilən danışıqlarda İranın əlini gücləndirən başlıca amillərdəndir. Bu cür təhlükə mövcud olduğu müddətdə ABŞ və onun regional müttəfiqləri İranla danışıqlara məcbur qalacaqlar. Buna görə də Tehranın nüvə proqramından tam imtina etməsi ehtimalı son dərəcə zəifdir”.

Onun sözlərinə görə, İran üçün raketlər həyati çəkindiricilik olduğu üçün bu sahədə məhdudiyyətə razılaşması mümkün deyil: 


“Bundan başqa, strateji raketlərin istehsalına məhdudiyyətlərin qoyulması da İran üçün ciddi təhlükəsizlik riski yaradır. 12 günlük İsrail–İran müharibəsini xatırlayaq: müəyyən zərbələrdən sonra İran məhz ballistik və hipersəs raketləri vasitəsilə İsraili atəşkəsə məcbur edə bildi. Təsəvvür edin ki, həmin raketlər olmasaydı – İran bütün hücumlara açıq qalardı və çəkindiricilik qabiliyyəti tamamilə sıradan çıxardı. Deməli, bu şərtin də Tehran tərəfindən qəbul olunması real deyil”.

Analitik vurğulayıb ki, Ər-Riyadın bu şəraitdə effektiv vasitəçi ola bilməsi real görünmür: 

“Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın vasitəçilik cəhdinə gəldikdə isə, məlumatın müəyyən əsası olsa belə, bu kanalın ciddi nəticə verəcəyini düşünmürəm. Çünki Şəhzadənin son ABŞ səfərində Trampla danışıqlar heç də rəvan keçmədi. Vaşinqtonun istəyi o idi ki, Səudiyyə Ərəbistanı BƏƏ kimi “İbrahim Sazişi”nə qoşulsun və İsraillə münasibətləri normallaşdırsın. Lakin Şəhzadə açıq şəkildə bildirdi ki, İsrail Fələstin dövlətini tanımayana qədər belə bir saziş mümkün deyil. Bu fonda onun vasitəçilik rolunun şişirdilməsi doğru deyil”.

Politoloq daxili güc bölgüsünün və SEPAH-ın etirazının İranı danışıqlardan çəkindirdiyinə diqqət çəkib:


“Hətta Səudiyyə tərəfi istəsə belə, ABŞ-nin sərt şərtləri fonunda İran daxilində heç bir hakimiyyət qurumu risk edib danışıqlara başlaya bilməz. Xüsusilə də nəzərə alsaq ki, İranda güc mərkəzləri yekcins deyil: bir tərəfdə Ali Lider Xamenei və onun tərəfdarları, digər tərəfdə hökumət, üçüncü tərəfdə isə Xameneinin arxasında dayandığı SEPAH – İnqilab Mühafizəçiləri var. Mühafizəkar SEPAH isə ABŞ ilə danışıqların əleyhinədir və proseslərdə daim əngəlləyici rol oynayır ki, bu da hökumətin fəaliyyətini çətinləşdirir”.

Onun sözlərinə görə, Xameneinin “məktub yoxdur” açıqlaması mühüm məna daşımır: "Məktub ola da bilər, olmaya da bilər. Belə bəyanatlar sadəcə İranın nüfuzunu qorumaq üçün verilən siyasi jestlərdir. Tehran həmişə özünü olduğundan böyük göstərməyə çalışan, hədələyici tondan istifadə edən bir rejim olub. Amma İsraillə 12 günlük müharibə göstərdi ki, İranın müdafiə sistemində ciddi boşluqlar mövcuddur".

N. Miri, həmçinin əlavə edib ki, İran Xarici İşlər Nazirliyinin nüvə zənginləşdirilməsini dayandırması barədə bəyanatının səmimiyyətinə inanmaq çətindir. Bu, daha çox danışıqların yolunu açmaq üçün atılmış taktiki addım idi. ABŞ-nin diqqətini cəlb etmək məqsədi daşıyırdı. Lakin Xameneinin son açıqlaması – “ABŞ danışıqlara layiq hakimiyyət deyil” – göstərir ki, Vaşinqton öz şərtlərindən geri çəkilmir və bu şərtlər daxilində İran masaya oturmayacaq”.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
17 JUNE 2026
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 All News