Rusiyanın növbəti hədəfi: Estoniya hərbi müdafiəyə başladı

Rusiyanın növbəti hədəfi: Estoniya hərbi müdafiəyə başladı
20.10.2025 17:39 Təhlil

Alman politoloq Karlo Masala “Rusiya qalib gəlsə: ssenari” kitabında xəbərdarlıq edir ki, əgər Vladimir Putin Ukraynada qələbə qazansa, Rusiya növbəti hədəf kimi Avropanı, xüsusilə də Estoniyanı işğal edə bilər. 

Onun fikrincə, bu ssenaridə ABŞ Prezidenti Donald Trampın Avropanı müdafiə etmək istəməməsi və Avropanın hərbi zəifliyi mühüm rol oynayacaq. 

Masalanın modelinə görə, Rusiya 2028-ci ildə Narva şəhərinə hücumla Estoniyaya daxil ola bilər.

Maraqlıdır, Avropanın bu cür ssenarinin qarşısını almaq üçün hansı real addımları atmaq imkanı var? 

Trampın potensial siyasəti doğrudan da Avropanın təhlükəsizliyini zəiflədə bilərmi, yoxsa bu, Rusiya təbliğatının bir hissəsidir?

Mövzunu TodayPress TV-yə şərh edən siyasi ekspert Elşad Paşasoy bildirib ki, hazırda Avropa böyük suallarla qarşı-qarşıyadır:  

"Donald Trampın əvvəlcə Rusiya Prezidenti Vladimir Putinlə, daha sonra Ukrayna lideri Volodimir Zelenski ilə görüşündən sonra Avropada ciddi narahatlıq müşahidə olunmaqdadır. Xüsusilə də Pentaqonun Ukraynanı "Tomahawk" raketləri ilə təchiz edəcəyi ilə bağlı gözləntilərinin reallaşmaması Avropa paytaxtlarında təkcə Ukraynanın deyil, özlərinin gələcəyi ilə bağlı suallar yaradıb. Çünki onlar anlayırlar ki, Ukraynanın Rusiya qarşısında çıxılmaz vəziyyətə düşməsi halında, gələcəkdə Kiyevə dəstək verdikləri üçün Avropa paytaxtları da Rusiyanın sərt müdaxilələri ilə üz-üzə qala bilərlər. Bu mənada, müxtəlif proqnozlar da ortaya atılmaqdadır. Amma qarşıdakı Budapeşt görüşündə hansısa bir atəşkəsin əldə olunması və sülhün yaranması istiqamətində bir təşəbbüsün reallaşması Avropa üçün də bir nəfəs alma imkanı yarada bilər. İndiki halda ayrı-ayrı ekspertlərin müxtəlif ölkələrlə bağlı irəli sürdüyü fərziyyələrin birmənalı olaraq reallaşacağı anlamına gəlmir. Ancaq reallıq budur ki, zamanında Sovetlərdən ilk qopan ölkələrdən biri olaraq Estoniyanın durumu daha ağırdır. Xüsusilə də Estoniyanın Rusiya ilə həmsərhəd olması və Rusiya-Estoniya arasındakı 3 sərhəd keçid məntəqəsi ilə bağlı vaxtaşırı ortaya çıxan problemlər vəziyyətin kritikləşməsinə səbəb ola bilir".

Ekspert Estoniyanın müdafiə mexanizmlərinə yönəlməsinə diqqət çəkib: 

“Həmçinin elə bu yaxınlarda Rusiya təyyarəsinin Estoniya səmasına daxil olaraq 10 dəqiqədən artıq ölkənin hava sərhədlərini pozması faktı kifayət qədər həyəcan yaratmışdı. Məhz ona görə də Estoniya 2025-ci ildə şəxsi sərhədləri boyunca müdafiə xətti yaratmağa qərar verib. O cümlədən 2027-ci ilin sonunadək Estoniya Rusiya sərhədində 40 km-dən çox tank əleyhinə xəndəyin tikintisini başa çatdırmağa qərar verib. Bütün bunlar faktiki olaraq Estoniyanın Rusiya hücumundan qorunmaq üçün atdığı addımlardır".

Analitikin fikrincə, bu müdaxilə Rusiya üçün yaxşı heç nə vəd etmir:

"Estoniyaya müdaxilə Rusiya üçün ciddi səhv olardı. Çünki Estoniya digər Baltikyanı dövlətlər olan Latviya və Litva ilə birlikdə 2024-cü ildən NATO üzvüdür. Alyansın üzvü olaraq  da Estoniyaya hərbi müdaxilə avtomatik şəkildə NATO-ya təcavüz anlamına gəlir. Məhz bunu görə də Estoniya NATO nizamnaməsinin 4-cü maddəsinə istinad edərək təhlükəsizliklə bağlı müttəfiqləri ilə məsləhətləşmələrə başlamaq niyyətində olduğunu açıqlamışdı. Bu barədə Estoniyanın baş naziri də ötən ay mövqeyini ifadə etmişdi”.

O, həmçinin qeyd edib ki, bu məsələ Rusiyanın hədə-qorxu siyasətinin nəticəsidir:

"Hesab edirəm ki, bu Rusiyanın Avropa ölkələri, xüsusilə NATO üçün çəkindirici addımlarıdır. Ayrı-ayrı Avropa ölkələri, o cümlədən Almaniya, Polşa, həmçinin Finlandiyaya yönəlik sərt mövqeləri biz müşahidə edirik. Rusiya onları Ukraynaya dəstəkdən təcrid etmək xətti yürüdür. Çünki anlayır ki, Avropa İttifaqının nisbətən bu prosesdə yumşaq mövqe tutan ABŞ liderinə bu və ya digər formada təzyiqi, yaxud da israrla Ukraynaya hərbi dəstəyin artırılması ilə bağlı vizaları dondurmaq üçün məhz həmsərhəd Avropa ölkələrinə hədə qorxu gəlmək, təhdid etmək və onların əl-ayağını yığışdırılmasına nail olmaq lazımdır. Rusiya faktiki olaraq Ukraynada apardığı müharibə ilə paralel şəkildə Ukraynaya hərbi dəstək verənlərin addım atmaması üçün əlindən gələni edir. Hətta bir sıra hallarda Ukraynaya hərbi qüvvələr göndərilməsi məsələsi gündəmdə idi, eyni zamanda daha uzaqmənzilli raketlərin verilməsi, Rusiyanın dərinliklərinə vurulması məsələsi müzakirə mövzusu idi. Amma faktiki olaraq Rusiya bir sıra hallarda Avropa ölkələrinə həmlələr etməklə, həmin təşəbbüslərin geri alınmasına nail olmaqdadır. Həmçinin 300 milyard dollarlıq dondurulmuş aktivlərin Ukraynanın işğala qarşı mübarizəsinə sərf olunması ilə bağlı təşəbbüslərin dayandırılmasına nail olunub".

Politoloq vurğulayıb ki, proseslərin məcradan çıxması, Rusiyanın özü üçün ikinci cəbhə açması, əslində, Kremlə sərf etmir. Bu, daha çox hərbə-zorba siyasətinə bənzəyir. Bu cür primitiv addım olardı, nəinki hansısa Avropa ölkəsini işğal etmək planı. Bu işğal Rusiyaya çox baha başa gələr. Faktiki olaraq həm də Üçüncü Dünya müharibəsinin əsasını qoya bilər. Çünki Ukraynanın ərazilərinin 18–20 % ni işğal altında saxlayan Rusiya üçün indiki halda belə bir cəbhə açmaq arzuolunmaz perspektiv olardı”.

Elşad Paşasoy son olaraq bildirib:

"İstənilən halda Trampın bu savaşı dayandırmaq üçün konkret konsepsiyası ortadadır. Sülhə nail olmaq və tərəflərin masa ətrafında razılığa gəlməyə vadar etmək üçün çalışır. Çünki bilir ki, Ukraynaya hərbi dəstəyin artırılması da savaşı dayandırmayacaq. O, Cozef Baydenin etdiyi səhvləri təkrarlamayacağını dəfələrlə bildirib. Hətta bildirib ki, hakimiyyətdə olsa, Rusiya–Ukrayna savaşı heç başlamazdı. Hansısa nəticə əldə olunması Trampla görüşlərdən çox asılıdır. Xüsusilə bu proseslərdə neytral mövqedə dayanan Macarıstanın paytaxtında gözlənən müzakirələr hansısa yeni mərhələnin başlanması, yaxud da prosesdə geridönüşə gətirib çıxarması ilə nəticələnə bilər. Bunun üçün qarşındakı nəticələri gözləmək lazımdır”.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Rusiyanın növbəti hədəfi: Estoniya hərbi müdafiəyə başladı — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Bütün Xəbərlər