Rusiyanın gizli planı: Pokrovskdan başlayan yeni faza nə vəd edir?

Rusiyanın gizli planı: Pokrovskdan başlayan yeni faza nə vəd edir?
20.11.2025 17:47 Təhlil

“Rusiya Pokrovsk istiqamətində əldə etdiyi irəliləyişdən sonra daha geniş hücum imkanları hesablayır. Hərbi-taktiki baxımdan bu, gözlənilən və proqnozlaşdırılan prosesdir”.


TodayPress TV xəbər verir ki, bunu siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib.


Ekspertin sözlərinə görə, Pokrovsk–Minqorod xəttində mümkün uğur Rusiya ordusuna Xarkov vilayətinin cənubuna, ardınca isə Zaporojye və Dnepropetrovsk vilayətlərinin şərqinə doğru daha əlverişli hücum mövqeləri qazandıracaq. Onun fikrincə, Moskva bu mərhələdə xüsusilə dron hücumları ilə tanınan “Rubicon” adlı elit bölmələrə arxalanır:

“Başqa sözlə, Rusiya hazırkı hücumlarını məhdudlaşdırmaq üçün əsas görmür və təşəbbüsü tam öz əlində hesab edir. ABŞ-nin müharibəyə dair formalaşdırdığı yeni yanaşmalar da Moskvanı əlavə səylərə motivasiya edir. Lakin Vaşinqtonun uzunmüddətli strategiyada Rusiyanı hansı “mühasirə hasarına” almaq istədiyi hələ də tam oxuna bilmir”.

A.Kərimov Ukrayna müharibəsində “qaydaların dəyişdiyi” bir fazaya daxil olunduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin dayandırılmasına dair 28 bəndlik gizli planın mövcudluğu barədə məlumatların sızması təsadüfi deyil:


“Bu plan sülhün bərqərar olmasından çox, Vaşinqton və Moskvanın müharibədən müvəqqəti “taym-aut” götürməsini sistemləşdirən bir yanaşma təsiri bağışlayır. Maraqlıdır ki, planın ictimai müzakirəsi başlamazdan əvvəl iki mühüm hadisə baş verdi: Ukraynada Prezident Volodimir Zelenski hakimiyyətini silkələyən böyük korrupsiya qalmaqalı və Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahunun telefon danışığı”.


Analitik bildirib ki, Ukraynada 100 milyon dollarlıq çirkli pulun Rusiyanın dolayı iştirakı ilə yuyulması barədə yayılan məlumatlar Timur Mendiçin İsrailə qaçması ilə birlikdə düşündürücü mənzərə yaradır:

“Əgər bu, Moskva ilə Təl-Əviv arasında hansısa gizli razılaşmanın tərkib hissəsi deyilsə, Timur Mendiçin məhz İsrailə üz tutmasının izahı çətinləşir”.

Siyasətçi, həmçinin hesab edir ki, ABŞ-nin Ukraynaya həlledici dəstəkdən uzaqlaşması Rusiyaya öz daxili problemlərini, o cümlədən təhlükəsizlik boşluqlarını müəyyən qədər maskalamağa imkan yaradır. Lakin Qərbin uzunmüddətli üstün kəşfiyyat mexanizmləri Kreml üçün artıq yeni, daha mürəkkəb reallıq formalaşdırır:

“Burada Qərb İranın qlobal proksi şəbəkəsini sıradan çıxarmaqda İsrailin tətbiq etdiyi metodlardan ilhamlana bilər. Eyni yanaşmanın Ukrayna müharibəsinə uyğunlaşdırılmış versiyası Rusiyaya qarşı təsirli modelə çevrilə bilər. Putin də ehtimal ki, Netanyahu ilə məhz bununla bağlı təminat əldə etməyə çalışır”.

Siyasi analitik diqqətə çatdırıb ki, Ukraynada korrupsiya əməliyyatları ölkənin siyasi sistemini yenidən formalaşdırmaq potensialına malikdir və bu, həm Donald Trampın, həm də Vladimir Putinin Zelenskinin legitimliyi ilə bağlı iddialarını yeniləməsinə zəmin yarada bilər:


“Bu prosesin daha dərin qatlarında Vaşinqton–Moskva xəttində aparılan gizli danışıqların izləri görünür. ABŞ üçün bu addım həm də Ukraynaya maliyyə öhdəliklərini azaltmaq, Tramp üçün isə Avropa liderlərinə qarşı əvvəlki arqumentlərinin təsirini gücləndirmək vasitəsidir”.

Nəticədə Aqşin Kərimov hesab edir ki, nə Rusiya, nə də Ukrayna öz qlobal gündəmlərini bu müharibədən ayırıb. ABŞ isə yeni metodologiya ilə üstünlük qazanmağa, paralel şəkildə yeni hegemonya çətiri formalaşdırmağa çalışır:

“Trampın NATO-dan kənar yeni müttəfiqlər siyahısını hazırlaması prosesin açar məqamlarındandır. Rusiya hərbi uğurlar əldə etsə də, daxili risklərdən tam sığortalanmayıb. Ukrayna isə bu geosiyasi axında suverenlik və ərazi bütövlüyü üçün təhdidlərin yükünü daha çox hiss edəcək. Bundan əlavə, Trampa qarşı olan Avropa liderlərinin Zelenskiyə qarşı ittiham cəbhələrində yer alması da istisna deyil”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News