Rusiyada 5 ildən sonra İLK: Putinin jesti Trampa yönəldi

Rusiyada 5 ildən sonra İLK: Putinin jesti Trampa yönəldi
05.07.2025 18:00 Təhlil

"Rusiya Prezidenti Vladimir Putinin Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik etməsi təkcə protokol xarakterli bir jest deyil, həm də müxtəlif mesajlar ehtiva edən və siyasi məna daşıyan bir addım kimi qiymətləndirilməlidir".

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, diqqətə çatdırıb ki, ABŞ və Rusiya arasında münasibətlər uzun müddətdir ki, gərgindir:

"Cozef Baydenin hakimiyyəti dövründə Ukraynaya açıq hərbi dəstək fonunda bu münasibətlər daha da pisləşdi. Donald Trampın birinci prezidentliyi dövründə də əlaqələr o qədər də yaxşı deyildi. Çünki Rusiyanın Ukraynaya təcavüzündən əvvəl ABŞ tərəfindən tətbiq olunan ən sərt və çoxsaylı sanksiyalar məhz Trampın prezidentliyi dövründə gerçəkləşmişdi. Bununla belə, həmin vaxt Rusiya diplomatik protokol qaydalarına uyğun olaraq müvafiq təbrik məktubları ünvanlayırdı. Çünki iqtisadi sanksiyalar olsa da, açıq hərbi qarşıdurma yox idi və nəticədə Rusiya da diplomatik etiketə əməl edərək ABŞ-yə təbrik məktubları göndərirdi. Lakin sonradan vəziyyət dəyişdi və nəticədə nə Rusiya ABŞ-ni, nə də ABŞ Rusiyanı müvafiq bayramlarda təbrik etdi".

Ekspert hazırda vəziyyətin dəyişdiyini qeyd edib:

"Tramp administrasiyası Rusiya ilə danışıqlar aparır. İki ölkə arasında yaxınlaşma və müəyyən əməkdaşlıq imkanlarının müzakirəsi gündəmdədir. Həmçinin ABŞ-nin Ukraynaya dəstəyi əvvəlki səviyyədə deyil. Son günlərdə Ukraynaya silah və texnika göndərilməsinin dayandırılması ilə bağlı yayılan məlumatlar fonunda Rusiyanın ABŞ-nin Müstəqillik Gününü təbrik etməsi bir neçə məqamı özündə ehtiva edir.

Birincisi, Rusiya bu addımı ilə ABŞ-yə danışıqlarda və əməkdaşlıqda maraqlı olduğunu göstərmək istəyir. İkincisi, Vladimir Putin Qərb ölkələrinin hamısının Rusiyaya eyni prizmadan baxmadığını nümayiş etdirməyə çalışır. Təbrik məktubu ilə ABŞ-yə mesaj verilir ki, biz Avropa İttifaqının Ukraynaya açıq dəstək verən ölkələrindən fərqli olaraq, sizinlə gələcək əməkdaşlığa maraqlıyıq".

Analitikə görə, bu təbrik həm də daxili auditoriyaya hesablanıb:

"Rusiyada Qərbin Rusiyaya qarşı birləşməsi və ölkənin beynəlxalq təcrid vəziyyətinə düşməsi cəmiyyətdə birmənalı qarşılanmır. İnsanlar bunu açıq şəkildə dilə gətirməsələr də, daxildə narahatlıq hiss olunur. Putin göstərmək istəyir ki, Rusiya Qərbin bütün ölkələri ilə düşmən deyil; ABŞ kimi bir güc var ki, Rusiyanın mövqeyini anlayır.

Nəticə etibarilə, bu təbrik məktubu təkcə protokol xarakterli bir jest deyil, həm də müxtəlif mesajlar ehtiva edən və siyasi məna daşıyan bir addım kimi qiymətləndirilməlidir".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin telefon danışığında amerikalı həmkarı Donald Trampı ABŞ-nin Müstəqillik Günü münasibətilə şəxsən təbrik edib. Onun bu kontekstə Ağ Ev rəhbərini təbrik etməsi son beş ildə ilkdir. Sonuncu dəfə Vladimir Putin ABŞ prezidentini milli bayram münasibətilə 2020-ci ilin iyulunda təbrik edib

Qiymət Mahir

FOTOLAR

Rusiyada 5 ildən sonra İLK: Putinin jesti Trampa yönəldi — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 Bütün Xəbərlər