RUSİYA qapandıqca qapanır - ötən həftə ölkə nələri yaşadı?

RUSİYA qapandıqca qapanır - ötən həftə ölkə nələri yaşadı?
10.04.2026 14:34 Təhlil

Aprelin 3-dən 9-dək olan həftədə Rusiya mediasının gündəmini əsasən internet məhdudiyyətləri, Ukrayna münaqişəsi və daxili sosial-iqtisadi dəyişikliklər müəyyən edib.

TodayPress TV-nin araşdırmasına əsasən, ən çox müzakirə olunan mövzu “suveren internet” siyasəti çərçivəsində atılan addımlar olub. 

VPN istifadəsinə qarşı yeni qaydalar, beynəlxalq internet trafikinə mümkün ödəniş tətbiqi, Apple ID balansının doldurulmasına məhdudiyyətlər və aprelin 15-dək bəzi platformalarda VPN istifadəçilərinin bloklanması planları geniş rezonans doğurub. Eyni zamanda Telegram-a təzyiqlər və yerli MAX messencerinin təşviqi də diqqət mərkəzində olub.

Ukrayna ilə münaqişə (Rusiyada “SVO” kimi təqdim olunur) isə ənənəvi olaraq əsas xəbər axınında yer alıb. Cəbhə bölgələrində vəziyyət, dron hücumları, Donbass və sərhəd ərazilərində baş verən hadisələr, eləcə də tərəflərin açıqlamaları aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.

Həftə ərzində təbii fəlakətlər də gündəmdə olub. Dağıstan və Çeçenistanda baş verən güclü sel nəticəsində yaşayış məntəqələri zərər görüb, bəzi ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Daxili siyasətdə isə apreldə qüvvəyə minən yeni qanunlar müzakirə edilib. Sosial pensiyaların 6,8 faiz artırılması, mikrokredit qaydalarının dəyişməsi, nağd rublun bəzi ölkələrə çıxarılmasının məhdudlaşdırılması kimi qərarlar diqqət çəkib. Bununla yanaşı, inflyasiya və istehlakın azalması ilə bağlı narahatlıqlar da media gündəmində yer alıb.

Beynəlxalq mövzular arasında ABŞ-İran münasibətləri, Yaxın Şərqdə gərginlik və BMT-də baş verən diplomatik proseslər geniş işıqlandırılıb. Rusiya mediası bu hadisələri əsasən Qərbin zəifləməsi kontekstində təqdim edib.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News