Nüvə sazişində ŞOK DETAL: İran uranı "arxa qapıdan" Rusiyaya ötürür?

Nüvə sazişində ŞOK DETAL: İran uranı "arxa qapıdan" Rusiyaya ötürür?
18.02.2026 18:14 Təhlil

ABŞ və İran arasında davam edən nüvə danışıqlarında diqqətçəkən yeni detal ortaya çıxıb. İran Rusiyaya uran ötürə bilər. Gizli mexanizm müzakirədədir. 

Maraqlıdır, İranın uranı Rusiyaya ötürməsi həqiqətən nüvə riskini azaldırmı, yoxsa yeni risk yaradır? ABŞ buna razı olacaq? 

Mözunu siyasi analitik Asif Nərimanlı TodayPress TV-yə şərh edib. 


O, qeyd edib ki, Amerika və İran arasında nüvə danışıqları zamanı əsas məsələlərdən biri də İranın zənginləşdirilmiş uranının taleyidir:  

"İran nüvə proqramından imtina edərsə, bu uran necə mühafizə olunacaq? Amerika tərəfi istəyir ki, zənginləşdirilmiş uran İranda qalmasın, çünki İranın gizli şəkildə nüvə fəaliyyətinə davam etməsi riski var. Bu səbəbdən uranın hansı ölkəyə veriləcəyi müzakirə olunur. İran isə, əgər Amerika tələbi ilə uranı verəcəksə, bu vəziyyəti təslim olmaq kimi qəbul edir və buna razı deyil".

Ekspert bildirib ki, İranın alternativi isə, zənginləşdirilmiş uranı Rusiyaya verməkdir. Bu, İranın gələcəkdə həmin uranı geri almaq və ya nüvə proqramını yenidən bərpa etmək niyyətində olduğunu göstərir. İran, nüvə proqramından tamamilə imtina etmək əvəzinə, prosesi təxirə salaraq gələcəkdə davam etdirməyi planlaşdırır.


Analitik vurğulayıb ki, Rusiya da bu prosesdə maraqlıdır: 

"Birincisi, Rusiya, zənginləşdirilmiş uranı qəbul edərək danışıqlarda iştirakını təmin edir. İkincisi, bu, İranın nüvə proqramının gələcəkdə Rusiyanın təsir dairəsinə düşməsi deməkdir. Üçüncüsü, Rusiya, Amerikanın İrana müdaxiləsini istəmir və bu məsələnin həllini təklif edərək prosesin qarşısını alır".

A.Nərimanlı yekun olaraq əlavə edib ki, bu addım gələcək risklər yaradır: 

"Bu ziddiyyətli mövqe və maraqlar danışıqları çətinləşdirir. İranın uranı Rusiyaya verməsi, nüvə proqramının gələcəkdə bərpası üçün potensial risklər yaradır. Amerika isə hərbi müdaxiləni istəmədiyindən, danışıqların müsbət nəticələnməsi üçün müəyyən dərəcədə razılaşmaya getmək ehtimalını saxlayır. Razılaşma olsa belə, zənginləşdirilmiş uranın Rusiyaya verilməsi məsələsi məsələnin həlli istiqamətində bir addım ola bilər, amma bu, həm də gələcək risklərə yol açır. Yəni, Amerika tərəfinin buna razı olması ehtimalı var. Az olsa da, belə bir ehtimal mövcuddur". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Kiprdə SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər