Rusiya ordusu Kupyansk imtahanından kəsildi – 710 minlik ordu bəs etmədi

Rusiya ordusu Kupyansk imtahanından kəsildi – 710 minlik ordu bəs etmədi
17.12.2025 17:43 Təhlil

Ukrayna qoşunları Rusiya bölmələrini Kupyanskdən geri ataraq şəhər ərazisinin təxminən 90 faizi üzərində nəzarəti ələ keçirib. Ukrayna mediasının yazdığına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat verib.

Sırski Ukraynanın Müdafiəsi üzrə “Ramştayn” Təmas Qrupunun videokonfrans formatında keçirilən 32-ci iclasında iştirak edib. O, müttəfiqlərinə cəbhədəki mövcud vəziyyət barədə məlumat verərək Ukrayna Silahlı Qüvvələrinin uğurlu əməliyyatlarına dair konkret nümunələr təqdim edib.

“Aktiv axtarış-zərbə əməliyyatları sayəsində rus qüvvələrini Kupyanskdən geri atmağa və şəhər ərazisinin demək olar ki, 90 faizini nəzarətə götürməyə nail olduq”, – deyə Baş Komandan bildirib.

Aleksandr Sırski Rusiya qoşunlarının 17 aydan artıqdır ələ keçirməyə çalışdığı Pokrovsk sektoruna da xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, Ukrayna bölmələri mövqeləri saxlayır və təşəbbüsü tədricən geri alır. Əks-hücum əməliyyatları nəticəsində Pokrovskun şimal hissəsində 16 kvadrat kilometr ərazi üzərində nəzarət bərpa olunub. Bundan əlavə, şəhərin qərbində yerləşən Qrişino, Kotlino və Udaçnoye kəndləri yaxınlığında 56 kvadrat kilometr ərazi geri alınıb.

Sırski bildirib ki, Rusiya Silahlı Qüvvələrinin təzyiqləri artsa da, Ukrayna ordusu Pokrovsk–Mirnoqrad aqlomerasiyasını müdafiə etməyə davam edir. Bununla yanaşı, cəbhədəki vəziyyətin hələ də mürəkkəb olaraq qaldığını vurğulayıb.

“Strateji hücum əməliyyatları aparmaq üçün Rusiya qüvvələrini təxminən 710 min nəfərə çatdırıb. Əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya ordusu hücumları davam etdirir, lakin ciddi əməliyyat uğuru əldə edə bilmir”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı qeyd edib.

Kupyansk şəhəri Xarkov vilayətinin əsas logistika və dəmir yolu qovşaqlarından biridir. Şəhərin Ukraynanın nəzarətində qalması Rusiya qoşunlarının Xarkov istiqamətində hərəkətini ciddi şəkildə çətinləşdirir. Eyni zamanda bu amil Ukrayna ordusuna şimal-şərq cəbhəsində daha çevik və uğurlu manevr imkanları yaradır.

Şəhər ərazisinin 90 faizinin Ukraynanın nəzarətində olması faktı Rusiya tərəfindən qəbul edilməsə də, mövcud vəziyyət Kupyanskın böyük hissəsinin Ukrayna ordusunun əlində olduğunu göstərir. Bu isə Rusiya ordusunda ciddi psixoloji gərginlik yarada bilər. Eyni zamanda fakt onu da göstərir ki, Kupyansk uğrunda döyüşlər hələ tam başa çatmayıb.

Hazırda Rusiya Kupyansk istiqamətində əsasən nizami bölmələr deyil, daha çox xırda və mobil qruplar vasitəsilə təzyiq göstərir. Bu qruplar mühasirəyə düşmə riskinin az olması və itkilərin minimuma endirilməsi baxımından daha çevik hesab olunur. Paralel olaraq Rusiya ordusu dron hücumları ilə diversiya qruplarına hava dəstəyi verir.

Ukraynanın Kupyanskda uğur qazanmasının əsas səbəblərindən biri isə rəqibə qarşı “güzgü taktikası”ndan istifadə etməsidir. Ukrayna kəşfiyyatı rusların kiçik mobil qruplarına qarşı eyni tipli kəşfiyyat-diversiya dəstələri çıxararaq onların vaxtında aşkarlanmasını və zərərsizləşdirilməsini təmin edir. Bu prosesdə dronlardan aktiv şəkildə istifadə olunur.

Rusiya ordusu Kupyansk üzərinə dəfələrlə hücum etsə də, şəhəri ələ keçirə bilmir. Eyni zamanda Rusiya qoşunları Pokrovsk istiqamətində də ciddi uğursuzluqlarla üzləşir. 17 aydan artıq davam edən hücumlara baxmayaraq, real nəticə əldə olunmayıb. Əksinə, Ukrayna bu müddət ərzində irəliləyərək Pokrovsk ətrafında xeyli ərazini azad edib ki, bu da Kiyevə şəhəri daha effektiv şəkildə müdafiə etmək üçün əlavə imkanlar yaradır.

Mövcud dinamika onu göstərir ki, müharibə 2026-cı ildə də davam edərsə, əsas döyüşlər məhz Kupyansk və Pokrovsk istiqamətlərində cəmləşəcək. Bu strateji əhəmiyyətli şəhərləri əlində saxlamaq üçün Ukraynanın Qərbin güclü və davamlı dəstəyinə ciddi ehtiyacı var.

Zeynal Əmrəliyev

Today Press TV üçün

NEWS FEED
30 JULY 2026
İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 All News