Rus dili təzyiq alətinə çevrilir: "Moskva Qırğızıstanda köhnə ssenariləri işə sala bilər”

Rus dili təzyiq alətinə çevrilir: "Moskva Qırğızıstanda köhnə ssenariləri işə sala bilər”
05.11.2025 18:01 Təhlil

Qırğızıstanda 30 noyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinə 530 namizəd qatılacaq. Kremlə bağlı media prosesdə millətçi şüarların artdığını və “rusdilli əhalinin təmsil olunmamasını” tənqid edir. Halbuki ölkədə 2023-cü ildə qəbul edilən qanuna əsasən qırğız dili məcburi dövlət dilidir və hakimiyyət bunun tətbiqində israrlıdır.

Rus mediasını narahat edən əsas məqamlardan biri də Qırğızıstanın Çinlə əlaqələrini gücləndirməsidir. Moskvanın regionda mövqeyinin zəiflədiyi fonunda Çinin təsirinin artması Kremlin diqqətini çəkir. 

Maraqlıdır, “rusdilli əhali” iddiaları və Qırğızıstanın Çinlə əlaqələrini artırması fonunda, Moskvanın bu ölkə qarşısında təsirini qorumaq üçün hansı addımlara əl ata biləcəyi gözlənilir? 


Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Aytən Qurbanova bildirib ki, Qırğızıstan Rusiyanın siyasi təsirindən tam çıxmayıb:

"Qırğızıstan ümumilikdə Mərkəzi Asiya regionunda Rusiyanın xarici siyasətində kifayət qədər önəmli istiqamətlərdən birini təşkil edir. Tarixə nəzər yetirdikdə, Qırğızıstandakı siyasi proseslərə Rusiyanın maksimum dərəcədə müdaxilə imkanlarından istifadə etdiyi, rus dili amilini ön plana çıxardığı və təsir mexanizmlərini qorumağa çalışdığı aydın görünür. Ekspertin fikrincə, növbəti parlament seçkilərində də Rusiyanın təsir alətlərindən istifadə cəhdləri istisna edilmir".

Onun sözlərinə görə, rus dili Moskvanın seçkilərə təsir alətidir:

"Rus dili faktoru Rusiyanın xarici siyasətində yumşaq güc vasitəsi olaraq xüsusi yer tutur və Moskva postsovet məkanında uzun illərdir bu mexanizmdən istifadə edir. Bunun bariz nümunəsi Ukrayna proseslərində açıq şəkildə müşahidə olunub. Qırğızıstanda gedən siyasi proseslərdə isə rusdilli əhalinin təmsilçiliyi ilə bağlı məsələlərin gündəmə gətirilməsi Rusiyanın seçki prosesinə dair müəyyən ssenarilərinin olduğuna işarə edir".

Ekspert əlavə edib ki, Moskvanın seçkilərə siyasi və informasiya vasitəsilə müdaxiləsi ehtimalı var:

"Siyasi partiyalar və müxtəlif siyasi qruplaşmalar vasitəsilə seçki prosesinə müdaxilə və ya təxribatların yaradılması ehtimalı mövcuddur. Bununla yanaşı, media və kütləvi informasiya vasitələrindən istifadə etməklə Qırğızıstanla bağlı müəyyən təbliğat və kampaniyaların aparılması da mümkündür".

A.Qurbanova, vurğulayıb ki, Rusiyada etnik qırğızlara təzyiq ehtimalı Moskvanın aqressiv siyasətinin göstəricisidir:

"Diqqət çəkən məqamlardan biri də Rusiyada yaşayan etnik qırğızlara qarşı təzyiq mexanizmlərinin gündəmə gəlməsi ehtimalıdır. Çünki son dövrlərdə Rusiyada etnik azlıqlara qarşı zorakılıq halları və onların hüquqlarının məhdudlaşdırılması daha çox müşahidə olunur. Bu isə Rusiyanın xarici siyasətdə aqressiv ritorikasının nəticəsi kimi dəyərləndirilə bilər".

Ekspert son olaraq əlavə edib ki, Qırğızıstandakı seçki prosesi Rusiyanın maraqları fonunda müəyyən qarşıdurmalar və gərginliklə müşayiət oluna bilər.

 Jalə Rövşən

NEWS FEED
31 JULY 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 All News