Ramiz Yunus: "Siz təcavüzkar Ermənistanı dəstəklədiniz və Kreml ilə..."

Ramiz Yunus: "Siz təcavüzkar Ermənistanı dəstəklədiniz və Kreml ilə..."
27.08.2025 10:55 Təhlil

"Bu gün “cəngəllik qanunları” ifadəsi deyildikdə, adətən “hər kəs özünü qorusun”, “hamı yalnız özü üçün”, “öldür, ya da öldürül” və “ən güclünün sağ qalması” kimi anlayışlar nəzərdə tutulur. Bu isə, heç bir prinsip tanımadan, amansız və vəhşi bir mübarizəni ifadə edir. Halbuki “Cəngəllik qanunu” – Redyard Kiplinqin məşhur “Cəngəllik kitabı” əsərində yer alan şeirin adıdır və burada cəngəllikdə yaşamağın nəcib və ədalətli qaydaları təsvir olunur: öz dəstəni qorumaq, zəiflərə yardım etmək və bütün canlılara hörmətlə yanaşmaq". 

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz "Facebook" hesabında yazıb.

O, hazırda dünyada hökm sürən geosiyasi xaosun səbəbini belə izah edib:

"Sovet İttifaqı dağıldıqdan sonra soyuq müharibə də başa çatdı və köhnə dünya nizamı bir anda süquta uğradı. Yeni dünya düzəni isə bu günədək qurulmayıb. Nəticədə dünya hazırda içində olduğu geosiyasi xaosa sürüklənib.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü isə bir növ lakmus kağızı rolunu oynadı. Dünya açıq şəkildə Tabaki çaqqalının “Mauqli” cizgi filmində danışdığı "cəngəllik qanunları" ilə yaşamağa başladı – burada nə nəciblik qaldı, nə prinsiplər, nə də demokratiya dəyərlərinin müdafiəsi.

Bəşər tarixi boyunca dünyaya hər zaman pul hökmranlıq edib. Əgər bu, qədim və orta əsrlərdə normal qəbul olunurdusa, XXI əsrdə özünü "azad dünya" adlandıran ABŞ, Avropa İttifaqı (Aİ) və NATO rəhbərlərinin bu qədər satqın, qorxaq və prinsipsiz davranması sadəcə iyrənc və hiddət doğurandır. Bu davranış yalnız qəzəb deyil, eyni zamanda insanda dərin kədər yaradır”.

Professor Rusiya-Ukrayna müharibəsini Qərbin demokratiya dəyərlərinə xəyanəti kimi qiymətləndirir. Belə ki, SSRİ-nin dağılmasından sonra 35 il ərzində Qərb rəsmiləri demokratiya prinsiplərindən riyakarlıqla bəhs etsələr də, postsovet məkanında bu dəyərlərə inanan və Kreml kommunist rejiminə qarşı çıxan insanları satıblar:

“Siz 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ermənistanın Rusiya dəstəyi ilə ölkəmizə qarşı təcavüz siyasətinə göz yummaqla doğma Azərbaycanıma, şəxsən mənə və mənim kimi on minlərlə insana xəyanət etdiniz. 

2008-ci ilin avqustunda Gürcüstana, gürcü xalqına və bu gün həbsdə olan, taleyinə tamamilə laqeyd qaldığınız sabiq prezident Mixail Saakaşviliyə də xəyanət etdiniz. 

2014-cü ildən etibarən Ukraynaya da xəyanət edirsiniz. Demokratiya dəyərlərinin müdafiəsi adı altında bunu ənənəvi “əncir yarpağı” kimi istifadə edərək davam etdirirsiniz.

Mənim doğma Azərbaycanım isə bütün bu oyunlara baxmayaraq, müqavimət göstərdi və tab gətirdi. Siz demokratiya prinsiplərini ayaqlar altına ataraq təcavüzkar Ermənistanı dəstəklədiniz və Kreml ilə istər Boris Yeltsin, istərsə də Vladimir Putin dövrlərində çirkin biznes əlaqələri qurmağa davam etdiniz.

Ukrayna və onun qəhrəman xalqı da bu savaşda təcavüzkara qarşı dözəcək və qalib gələcək. Çünki onların tərəfində ədalət durur. Ən əsası isə, onlar da Azərbaycan xalqının sahib olduğu eyni motivasiyaya sahibdirlər. Bu, Qərbdə hələ də demokratiya dəyərləri adı ilə spekulyasiya apararaq Ukraynanın arxasınca “şeytanla sövdələşmə” yolları axtaranların niyyətlərinə rəğmən baş verəcək".

Ramiz Yunusun qənaətincə, ABŞ, Aİ və NATO hazırda tarixlərinin ən dərin böhran dövrünü yaşayırlar. Rusiyanın Ukraynaya təcavüzü isə təkcə yeni dünya nizamının deyil, həm də demokratiya dəyərlərinin gələcəyini müəyyən edəcək Rubikon rolunu oynayır (Rubikon – İtaliyanın şimalında kiçik bir çaydır, keçilməsi tarixdə dönüş nöqtəsi hesab olunur – red.):

“Azad dünya” isə hələ də öz yararsızlığını impotent kimi imitasiya etməyə davam edir. Necə ki, yaxın tarixdə Ağ Evdə baş verən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski bütün o Qərb qorxaqlarını bir araya topladı. Buna görə də postsovet məkanındakı hər kəs anlamalıdır ki, dünya artıq Tabaki çaqqalının “cəngəllik qanunları” ilə yaşayır. Bu səbəbdən illüziyalardan qurtulmağın və “boğulanların xilasının öz əllərində olduğunu” xatırlamağın vaxtıdır".

Siyasətçi sonda böyük ispan memarı Antonio Qaudidən sitat gətirib: 

“Məyus olmamaq üçün illüziyalara qapılmamaq lazımdır".

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUN 2026
"Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Bütün Xəbərlər