Ramiz Yunus: Ermənistan referenduma getməsə, İrəvanı Konstitusiyamıza daxil etməliyik

Ramiz Yunus: Ermənistan referenduma getməsə, İrəvanı Konstitusiyamıza daxil etməliyik
08.06.2026 14:19 Təhlil

Ermənistanda keçirilən parlament seçkiləri başa çatdı və Nikol Paşinyan qalib gəldi. Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası bülletenlərin 100 faizi sayıldıqdan sonra 49,81 faiz səs topladı.


Seçkilərdən sonrakı mərhələdə əsas məsələlərdən biri referendumun keçirilməsi və Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas tələbin – Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasının təmin olunmasıdır.

Bəs Ermənistan tərəfi buna əməl etməsə, nə olacaq?

Məsələ ilə bağlı Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus TodayPress TV-yə müsahibəsində deyib ki, Ermənistan referenduma getmək istəməsə, başda cənab Prezident olmaqla siyasi rəhbərlikdən Konstitusiyamıza İrəvan, Zəngəzur, Göyçənin daxil edilməsini xahiş edəcək:


“Ermənilər özləri də bu gün qeyd edirlər ki, nə ABŞ, nə Avropa, nə də Rusiya Azərbaycan qədər Ermənistanın daxili ictimai rəyinə təsir imkanlarına malikdir. Onlar etiraf edirlər ki, bu gün Azərbaycan Prezidentinin hər çıxışını izləyirlər. Yəni o, bu gün erməni ictimai rəyinə həm müsbət, həm də mənfi təsir göstərə bilər.

Prezident və onun ətrafı rəsmi şəxslərdir, amma mən qeyri-rəsmi şəxsəm. Ona görə də çalışmalıyam və çalışıram ki, Azərbaycanın ictimai rəyini erməni cəmiyyətinə açıq-aşkar çatdıraq. Onlar bilməlidirlər ki, bu gün Prezidentin arxasında Azərbaycan Respublikasında yaşayan 10 milyonluq xalq dayanır və bu 10 milyonluq xalqın da mövqeyi budur. Prezidentin və diplomatların deyə bilmədiyi sözləri açıq şəkildə deməliyik. Biz görürük ki, bu gün Avropa Parlamenti, Belçika, Niderland, Benilüks ölkələri, Fransa və hətta ABŞ-nin özündə belə təsir göstərməyə çalışırlar ki, guya buradakı ermənilər girov kimi yaşayırlar. Halbuki bütün cəmiyyətimiz üçün bu proses sanki Nürnberq məhkəməsi idi. Onlar cinayətkardırlar. Mənə qalsa, ölüm cəzası onlar üçün daha uyğun olardı. Təəssüf ki, bizdə belə bir cəza yoxdur. Onlar cəzalarını çəkməlidirlər və bu məsələ alver predmetinə çevrilə bilməz. Bunu kəskin şəkildə bildirməliyik. Onların əlləri qana batıb. Hətta Robert Koçaryan, Serj Sarkisyan və Levon Ter-Petrosyan da gəlib məhkəmə qarşısında dayanmalıdırlar”.

Professor bildirib ki, bu gün erməni xalqı özü seçim qarşısında olduğunu etiraf edir: ya savaş, ya sülh. Başqa seçim yoxdur. Hazırda hakimiyyətdə olanlar və onların tərəfdarları bunu anlayırlar, amma erməni cəmiyyətinin 50 faizdən çoxu bunu hələ də dərk etmir:


“Biz anlamalıyıq ki, onların niyyəti nədir. Çünki onlar bizim gözümüzə, qaşımıza aşiq olduqları üçün sülh müqaviləsinə getmirlər. Güc də, mövcud geosiyasi konyunktur da bizim tərəfimizdədir. Coğrafiya da bu gün bizim xeyrimizə işləyir. Hər şey hazırda bizim maraqlarımıza uyğundur. Amma sabah bu imkan pəncərəsi bağlana bilər. Bunun nə qədər davam edəcəyini heç kim deyə bilməz. Çünki Rusiya–Ukrayna müharibəsi davam edir, İran ətrafında hadisələr davam edir. Tramp bu gün hakimiyyətdədir, sabah olmaya da bilər. Avropada bizi sevməyən qüvvələr də göz önündədir. Bu baxımdan ermənilər vaxt qazanmağa çalışıb, sabah başqa siyasət yürüdə bilərlər. Biz bunu anlamalı və açıq şəkildə deməliyik ki, 35 il əvvəl etdiyimiz səhvi təkrar etməyəcəyik. Hətta referendum məsələsində savaşa yol versəniz, gözləməyəcəyik. Beynəlxalq hüquq işləmirsə, deməli güc amili ön plana çıxır. Güc də bizdədir. Onlar savaşı seçib referenduma getmək istəməsələr, başda cənab Prezident olmaqla siyasi rəhbərlikdən xahiş edərəm ki, bizim ana yasamıza İrəvanı da, Zəngəzuru da, Göyçəni də daxil etsinlər.

Uitkoff bunu açıq şəkildə bəyan etmişdi. Tramp bizim Prezidentimizdən soruşmuşdu ki, sərhəddə niyə dayandınız, bunlar sizin tarixi torpaqlarınızdır. O isə cavab vermişdi ki, beynəlxalq hüquq tələb edir ki, onu pozmayaq. Tramp da demişdi ki, mən bunu etdim. Tramp və böyük dövlətlər bu gün bunu açıq şəkildə nümayiş etdirirlər: kimin gücü varsa, onu göstərir. Əgər belədirsə, bunlar da bizim tarixi torpaqlarımızdır. Əgər siz bizimlə savaşmaq istəyirsinizsə, gəlin elə əvvəlcədən savaşaq və torpaqlarımızı alaq. Biz bunu dilə gətirməli, işıqlandırmalıyıq ki, onlar bilsinlər: 10 milyonluq cəmiyyət bunu deyirsə, deməli papaqlarını qabaqlarına qoyub düşünməlidirlər ki, bu, onlar üçün lazımdır, yoxsa yox. Bu, bizim onların ictimai rəyinə təsir imkanlarımızdan biridir.


Ramiz Yunus sonda əlavə edib ki, biz həm gücü, həm də sülhü gündəmdə saxlamalıyıq:

“Səmimi desəm, Ermənistanda 2-3 nəsil dəyişməsə, onların səmimiyyətinə inanmaq mümkün deyil”, - deyə professor bildirib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
03 AUGUST 2026
“Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 All News