Qürur günü: Bakının azad olunmasından 107 İL KEÇİR...

Qürur günü: Bakının azad olunmasından 107 İL KEÇİR...
15.09.2025 15:58 Təhlil

"15 sentyabrda Bakının erməni–rus işğalından azad olunması böyük tarixi və siyasi hadisədir". 

Politoloq Əli Orucov bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, bu qələbə təkcə Cənubi Qafqazda deyil, həm də dünya düzəninin yenidən formalaşmasında mühüm rol oynayıb:

"Həmin günlərlə Bakının Şərqin ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsi təmin olundu. Ümumiyyətlə, neftlə zəngin və əlverişli coğrafi mövqedə yerləşən Bakı daim böyük güclərin diqqət və mübarizə meydanına çevrilib, hadisələrin episentrində olub. Osmanlı İmperiyası özü ağır hərbi-siyasi böhran yaşamasına, dünyanın böyük gücləri ilə savaş halında olmasına baxmayaraq, azərbaycanlı qardaşlarının köməyinə gəldi. Nuru Paşanın komandanlığı ilə Osmanlı ordusu böyük itkilər hesabına şəhəri sahiblərinə qaytardı, erməni daşnakları və rus bolşeviklərinin azərbaycanlılara qarşı törətdikləri qanlı qırğınların və soyqırımın qarşısını aldı".


Analitik ifadə edib ki, tarix dəfələrlə türk birliyinin həmişə zəfərə, sülhə və inkişafa apardığını sübut edib:

"44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini 30 ildən sonra tam bərpa etdi, türk qardaşlarımız isə 1918-ci ildə olduğu kimi dəstəyini əsirgəmədi. Nəticə isə yenə parlaq qələbə oldu.

Bu gün qürurla deyə bilərik ki, “bir millət, iki dövlət” – Türkiyə və Azərbaycan dünya nizamında və beynəlxalq münasibətlər sistemində fəal aktor və söz sahibidirlər. 15 sentyabr təkcə Bakının işğalçılardan azad olunması günü deyil, həm də türk xalqlarının yardımlaşma günü kimi tarixə düşüb".

Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 107-ci ili tamam olur. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. 15 sentyabr 1918-ci il tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.


107 il öncə, 1918-ci il may ayının sonlarında Zaqafqaziya Seymi dağılıb.  Mayın 28-də Azərbaycan müstəqilliyini elan edib. Həmin vaxt Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə olub.

Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəlib. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edilib. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan verməyib. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi və belə bir kömək üçün qardaş dövlətə müraciət edilib. 1918-ci il may ayının sonunda Türkiyənin hərbi naziri və ali baş komandanın müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr edib. Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaradıb. Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək olub.


1918-ci ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçib. 1918-ci il sentyabrın 15-də Bakı işğalçılardan azad edilib. Şəhər uğrunda döyüşlər heç də asan getməyib. Bəzi məlumatlara görə, bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak olub. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq olub.

Bakının azad edilməsinin böyük əhəmiyyəti var idi, çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsi ilə Şimali Azərbaycan bütövləşdi. 

Hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur, Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.


Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bütün Xəbərlər