Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?
29.06.2026 08:18 Təhlil

“Ukrayna işğalçı Rusiyanın hərbi planlarında yer alan Belarusa raket və dron zərbəsi vurarsa və bu halda Minsk Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək istəyərsə, qurum üzvlərindən Qazaxıstan və Qırğızıstanın mövqeyi necə olacaq?”

TodayPress TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Mərkəzi Asiyanın bu iki dövləti KTMT üzvü olsalar da, Belarusun dəstək çağırışına seyrçi qalacaqlar:

“Çünki, birincisi, Belarus Rusiyanın Ukraynaya qarşı işğalçı planlarına şərikdirsə, bunun Qazaxıstana və Qırğızıstana aidiyyəti yoxdur.

İkincisi, Qazaxıstan və Qırğızıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Doğrudur, 2022-ci ilin yanvar ayında Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev ölkədəki iğtişaşlarla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəmişdi və dəstəyə görə təşkilata minnətdarlığını bildirmişdi. Ancaq Qazaxıstandakı iğtişaşların yatırılmasıyla Ukraynaya qarşı işğalçı müharibəyə dəstək arasında böyük fərq var. Digər tərəfdən Minskin çağırışına Qazaxıstan və Qırğızıstan müsbət reaksiya verməyəcəkləri halda bu KTMT-nin nüfuzuna növbəti zərbə olacaq. Öz növbəsində bu Ermənistanın KTMT üzvlüyündən çıxmasını asanlaşdırar”.

Politoloq deyib ki, Qazaxıstan Müdafiə Nazirliyinin iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üzrə planlı təlimlərin keçiriləcəyini açıqlaması təsadüfi deyil:

“Qazaxıstan MN yaydığı məlumatda “Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırıb” cümləsi də diqqəti çəkib. Bu təlimlər Qazaxıstanın öz ordusunu işğalçı müharibə aparan dövlətin müttəfiqinin ərazisini qorumağa hədəflənməyib, əksinə Astanaya təzyiq etmək istəyənlərə mesajdır”.

TodayPress TV

NEWS FEED
29 JUNE 2026
Aranı qızışdırıb Gəncədə əsir düşənləri qırdırmaq məqsədilə Surət Hüseynovun qardaşını oğurlayıb öldürmək istəyirdilər - İllər sonra açılan SİRR 11:17 “Kadir İnanır onun həyat yoldaşı olmağımı istəmişdi" -Azərbaycanlı müğənnidən etiraf... 11:07 Qara dənizdən Xəzər dənizinə böyük dəyişikliklər baş verəcək: Gözlər Avropada 11:02 Rusiyanın yanacaq limiti 15 litrə endirildi: Benzin növbələri günlərlə davam edir - VİDEO 11:00 “44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir 10:53 Prezident "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 10:47 Azərbaycanda kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər? Qurum rəsmisindən açıqlama 10:40 Ərzaqlıq buğdanın yeni qiyməti müəyyən edildi - SƏRƏNCAM 10:34 Anomal istilərdən sonra ildırım Eyfel qülləsini belə vurdu - VİDEO 10:28 Rəsmi Bakı qondarma “erməni soyqırımı” ilə bağlı İsrailə çağırış etdi 10:16 Rusiya Ukraynaya zərbələri davam etdirir: Ölənlər və onlarla yaralı var 10:07 Məğlubiyyət acısı və rekord sevinci bir arada: Ronven Uilyams rekorda imza atdı 09:47 Sərhəddə böyük əməliyyat: 29 üsyançı öldürüldü 09:46 17 dəfə kosmosda olan raketdən möhtəşəm uğur: Kosmik nəhəngin növbəti sınağı - VİDEO 09:43 Brüsseldə gizli müzakirə: 2027-ci ildən sonra Ukraynanı nə gözləyir? 09:40 Süleyman Rüstəmin yeganə övladı vəfat etdi 09:32 Kriptovalyuta bazarında rəqəmsal aktivlər dəyişdi 09:29 Neft həftəyə artımla başladı - SON QİYMƏT 09:26 Putin 2022-ci ilin sirrini açdı: Danışıqlar niyə İstanbulda aparıldı? 08:56 "Maykl" rekordu qırdı – "Oppenheimer"i geridə qoyaraq tarixə düşdü 08:41 Lukaşenko əvvəl Putinlə, sonra Si Cinpinlə görüşdü – Nədən danışdılar? 08:25 Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur? 08:18 Venesuelada zəlzələ zamanı argentinalı futbolçunun ailəsi həlak oldu 22:26 Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış 19:29 Psixikanı məhv edən gündəlik stresin gizli səbəbi açıqlandı 19:24 All News