Qırmızı dənizdə STRATEJİ RƏQABƏT ARTIR: Türkiyə və İsrail nəyi böləcək?

Qırmızı dənizdə STRATEJİ RƏQABƏT ARTIR: Türkiyə və İsrail nəyi böləcək?
25.02.2026 18:12 Təhlil

İsrail mərkəzli “Srugim” nəşrinin iddiasına görə, İsrailin Somalini müstəqil dövlət kimi tanımasından sonra Türkiyə bölgədə diqqətçəkən hərbi hərəkətlilik başladıb. Nəşr yazır ki, bu addımlar İsrailin bölgədəki mövqeyi üçün ciddi nəticələr doğura bilər.  

Bəs bu proses İsrail-Türkiyə arasında eləcə də  regionda daha geniş qarşıdurmaya səbəb ola bilərmi? 

Sözügedən məsələni politoloq Əli Mustafa TodayPress TV-yə şərh edib.


Onun sözlərinə görə  Somali ilə Türkiyə arasında uzun illərdir yaxın və strateji münasibətlər formalaşıb. Son dövrlərdə isə İsraillə Somalilənd arasında diplomatik əlaqələrin qurulması barədə məlumatlar yayılıb. Bu isə belə bir mənzərə yaradır ki, Afrika Buynuzu və Qırmızı dəniz hövzəsində müəyyən mənada Türkiyə–İsrail rəqabəti müşahidə oluna bilər.

HÜQUQİ STATUS

Analitik diqqətə çatdırıb ki, Somalilənd faktiki olaraq Somalidən ayrıldığını bəyan edib, lakin beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi geniş şəkildə tanınmayıb. Bu baxımdan beynəlxalq hüquq subyekti kimi əsas tanınan tərəf Somalidir.


SİYASİ MANEVR 

Ə.Mustafa  Qırmızı dəniz bölgəsinin strateji əhəmiyyətinə diqqət çəkib:

"Bu marşrut dünya ticarət yollarının əsas keçid xətlərindən biridir. Görünən odur ki, İsrail də bu bölgədə təsir imkanlarını artırmaq və özünə müəyyən nüfuz dairəsi formalaşdırmaq niyyətindədir. Digər tərəfdən, Somali ilə Somalilənd arasında münasibətlər kifayət qədər gərgindir və situasiya hər an dəyişə bilər". 

MÜMKÜN QARŞIDURMA RİSKİ

O hesab edir ki, bununla belə, hazırkı mərhələdə Türkiyə ilə İsrailin birbaşa üz-üzə gələcəyini düşünmürəm. Daha real ssenari Somali ilə Somalilənd arasında mümkün qarşıdurmadır. Belə bir vəziyyət yaranarsa, Türkiyə və İsrailin həmin prosesə münasibəti və tutacağı mövqe regiondakı balansı ciddi şəkildə təsirləndirə bilər.


Ekspert əlavə edib ki, ümumilikdə isə indiki şəraitdə birbaşa Türkiyə–İsrail qarşıdurmasının baş vermə ehtimalı böyük deyil. Lakin bölgənin strateji əhəmiyyəti nəzərə alınarsa, hər iki dövlətin Qırmızı dəniz hövzəsində mövqelərini gücləndirməyə çalışdığı aydın şəkildə müşahidə olunur.  

Jalə Rövşən

NEWS FEED
31 JULY 2026
F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 All News