"Putin üçün vacib platforma..." — KTMT-də mühüm qərarlar qəbul ediləcək!

"Putin üçün vacib platforma..." — KTMT-də mühüm qərarlar qəbul ediləcək!
25.11.2025 18:17 Təhlil

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti Zirvə toplantısı noyabrın 25-də öz işinə başlayıb və toplantı 27 noyabr tarixinə qədər davam edəcək. Bu dəfə Zirvə toplantısı Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil olunub və Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi gözlənilir". 


Politoloq Çingiz Şahbazi bunu TodayPress TV-yə açıqlamasında deyib. 

 

O bildirib ki, Zirvə toplantısında bir sıra mühüm qərarların qəbul edilməsi planlaşdırılır:

"Zirvə toplantısı üzv ölkələr üçün strateji baxımdan böyük əhəmiyyət daşıyır. Sammitdə üzv dövlətlər hazırkı təhlükəsizlik məsələləri ilə bağlı ortaq mövqeləri əks etdirən Bəyannamə qəbul etməyi planlaşdırırlar. Bu, KTMT üzv dövlətlərinin birgə təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bəyannaməyə terrorizm, ekstremizm, kiber təhlükələr və digər birgə mübarizə metodları daxildir.


Həmçinin sammitdə təşkilatın daxilində kadr və struktur dəyişiklikləri barədə müzakirələr aparılacaq. 2026-cı ildə təşkilata Rusiya sədrlik edəcək və indidən KTMT-nin Rusiya sədrliyi dövründə saxlanılacaq prioritetlər və strateji istiqamətlərlə bağlı üzv ölkələrin liderlərinə Rusiyanın təqdimatı gözlənilir. Belə hallar Rusiya siyasətinin elementləri arasında bütün dövrlərdə yer alıb və hazırda da KTMT üzərində təsiri gücləndirmək məqsədilə prioritet istiqamətlərdən biri kimi davam etdirilir".

Ekspertin sözlərinə gözə, sammit zamanı 10-dan çox sənədin imzalanması planlaşdırılır. Bu sənədlərə təhlükəsizlik məsələləri, terrorizm, ekstremizm, kiber təhlükəsizlik, qanunsuz miqrasiya və narkotrafiklə mübarizə sahələrində əməkdaşlıq daxildir. 

Ç.Şahbazi əlavə edib ki, Rusiyanın sədrliyi həm simvolik, həm də strateji baxımdan böyük rol oynayır və regionda təsirini qoruyub saxlamaq baxımından önəmlidir:


"Putinin sammitdə iştirak etməsi və yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunması toplantıya verdiyi önəmi göstərir. Bu, sammitin yalnız formal və təhlükəsizlik xarakterli olmadığını, həm də beynəlxalq prestij baxımından əhəmiyyətli olduğunu nümayiş etdirir. Putin toplantının yüksək səviyyədə keçirilməsini təmin etməklə rəsmi Moskva üçün bu sammitin beynəlxalq prestijini artırmaq niyyətindədir. Onun sammitdə iştirakı Qırğızıstana səfər çərçivəsində Rusiyaya strateji üstünlük təmin edəcək və regional təhlükəsizlik mexanizmlərini gücləndirəcək".

Politoloqun fikrincə, bu Zirvə toplantısı KTMT-nin gələcək prioritetlərinin formalaşması üçün, Rusiya Prezidenti Vladimir Putin üçün vacib platforma hesab edilə bilər. Eyni zamanda Mərkəzi Asiya ölkələri üçün də sammit sabitlik, koordinasiya imkanları və potensial təhlükələrlə birgə mübarizədə mühüm dialoq məkanı rolunu oynayır.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti 2026-cı il noyabrın 11-də Moskvada keçiriləcək.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, KTMT-nin noyabrın 25-27-də Qırğızıstanda keçiriləcək sammitində sədrliyin gələn il Rusiyaya keçməsi barədə qərar qəbul olunacaq.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Bütün Xəbərlər